Avtomobil biznesi də inhisara alınır

23.01.2014 - 13:17

Aydın Əliyevin açıqlamasının pərdəarxası

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) bu ilin aprel ayından “Euro-4” ekoloji standartına keçidlə bağlı ölkəyə gətirilən avtomobillərin idxalı prosesinə münasibət bildirib.APA-nın məlumatına görə, komitə sədri Aydın Əliyev bildirib ki, DGK bu sahəyə nəzarəti gücləndirəcək.
Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanları dövlət büdcəsi qarşısında öhdəliklərini əsasən idxal vergi və rüsumları hesabına icra edir: “Lakin eyni zamanda, ölkədəki ekoloji vəziyyət də nəzərə alınmalıdır. Düşünürəm ki, bu qərar ölkədəki nəqliyyat sektorunun vəziyyəti və tıxaclarla bağlı vaxtında və düzgün atılmış bir addımdır”.Bu arada banklar avtomobillərin kreditə salınmasını məhdudlaşdırıb. Bu addımların kökündə əsasən avtomobil biznesini inhisara almaq dayanır. Azərbaycanda xeyli sayda adam Gürcüstan, Almaniya və Dubaydan avtomobil gətirib satmaqla dolanır. Bu isə əksəriyyəti məmur oliqarxlara məxsus olan Bakıdakı iri avtosalonların fəaliyyətinə zərbə vurur. Məhz həmin avtosalonlara “yaşıl işıq” yandırmaq üçün həm avtomobil idxalı, həm də maşınların kreditə salınması məhdudlaşdırılır.
Ekologiya və tıxac problemi isə sadəcə bəhanədir. Əgər söhbət ekoloji təmizlikdən gedirsə o zaman ilk növbədə yanacağın keyfiyyətinə diqqət artırılmalıdır. Tıxac probleminin həllinə gəlincə, avtomobil idxalının məhdudlaşdırılması çıxış yolu deyil. Məgər avtomobil idxalı azalsa da, Bakıdakı avtomobillərin sayı azalacaq?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3567

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031