Elşad Abdullayevdən sərt bəyanat
Azad Mursaliyevi və valideynini, digər qohumlarımı girov saxlayaraq, müalicə almaları üçün ölkədən çıxışlarına yasaq qoyanlar sosial şəbəkələrdən məlum olduğu kimi bayramlarını, ad günlərini mütamadi olaraq Avropanın ayrı ölkələrində keçirirlər
Ölkə mətbuatında “Azad Mursaliyev aclıq aksiyası keçirəcək ” başlıqlı məqalədə də öz əksini tapan haqsızlıq yuxarıda qeyd etdiyim ədalətsizliyin mübariz nümunəsidir. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Azad Mursaliyev 22 yanvar 2014- cü il tarixdən aclıq aksiyasına başlamışdır. Bu addımı onun hansı səbəbdən atdığını hamımız gözəl bilirik. Bəli, Azad Mursaliyev Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsini təsis etdi və hal hazırda həmin komitənin rəhbəridir. Mənimlə haqsız olaraq haq-hesab çürütmək arzusunda olan prokurorluq orqanları, ilk növbədə, mənə yaxın olan insanların sırdan çıxarılmalarına, onların fəaliyyətlərini heçə endirməyə çalışırlar.
Başda Baş Prokuror Zakir Qaralov olmaqla azərbaycanın Hüquq Mühafizə Orqanları MTN zabiti Mahir Abdullayevi axtarıb tapmaq deyil, əksinə, Mahir Abdullayevi axtaranlara qarşı mübarizə aparırlar, onları təzyiq altında saxlayırlar, təhdid edirlər və qondarma cinayətlərlə həbs edirlər. Zərərcəkmiş tərəfindən sosial şəbəkələrə təqdim edilən bu qədər maddi sübutlara baxmayaraq, Azərbaycanın Hüquq Mühafizə Orqanlarında əxlaqsizliq prinsipi elə bir həddə catıbdırkı kim Mahiri fəal axtarırsa onun üstünə gedərək utanmadan-qızarmadan onu ittiham edərək deyirki Mahir Abdullayevi ogurlayan.
Buna subut kimi, qardaşım oğlu Qarabağ şəhid atası Mübariz Abdullayevin heç bir günahı olmadan işgəncələr altında saxta ifadələr alıb 10 (on) il müddətinə cinayət məsüliyyətinə cəlb olunmasını göstərə bilərəm. Mən, hələ 2003 ilin axırlarında Prezidentə və Baş Prokurora şikayət etmişəmki, bu məsələdə əsas cinayətkar məndən Mahirin geri qaytarılması ücün 5 milyon ABŞ dolları tələb edən DİN-in Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Polad Şıxəliyev və onun müavini Qabil Tağıyevdir. Ancaq Baş Prokuror künahkarları deyil, təqsiri olmayan şəhid ailəsi qardaşım oglu Mübariz Abdullayevi həbs etdirdi.
Amma bunlar bir məsələni anlıya bilmirlər ki, 13 oktyabr 2003-cü il tarixdə naməlum şəkildə oğurlanmış Mahir Abdullayev mənim balaca qardaşım olduğu kimi, Azad Mursaliyevin də balaca dayısıdır, hətta onlar qohumluq əlaqəsindən əlavə demək olar ki, dost olublar. Lap tutaq ki, heç Azad Mursaliyev məni Elşad Abdullayevi dəstəkləmir, oğurlanmış doğma dayısı Mahir Abdullayevin aqibətinə aydınlıq gətirməyə çalışmayacaq bəyəm ? Bu adi insan hissləridir və Azad Mursaliyevin bu istiqamətdə apardığı iş ancaq və ancaq şəxsən mənim və bütün qohum-əqrəbə, vicdanı olan hər bir şəxs tərəfindən müsbət qiymətləndirilə bilər.
Azad Mursaliyev Qarabağ savaşının iştirakçısıdır. O səhhətində olan problemlərlə bağlı 2011-ci ildə Türkiyədə əməliyyat olunmuşdur. Bundan öncə də dəfələrlə müayinə olunmaq üçün Türkiyə də və Rusiyada olmuşdur. Azad Mursaliyevin şəxsən özünün və valideynin səhəti barəsində mənim məlumatım var. Uzun müddət dövlət idarəetmə orqanlarında calışan atası Oqtay Mürsəliyev baş vermiş bu faciənin stressindən dünyasını dəyişmişdir, anası stresin təsirindən normal əmək qabiliyyətini itirmişdir. Qardaşı vergi sahəsində calışan qardaşı Ayaz stresdən normal əmək qabiliyyətini itirmişdir. Hal hazırda da Azad Bakıda tanınmış həkimlərdən müalicə alır.
Bütün bunları nəzərə alaraq mən onu aclıq aksiyasından çəkindirməyə çalışacam. Azad Mursaliyev kamil bir şəxsiyyətdir, ziyalı, atdığı addımlara görə özünə hesabat verməyi bacaran bir insandır. Uzun müddət hüquq-mühafizə orqanlarında çalışan, yaxın ətrafında nüfuz sahibi olan bir şəxsdir. Qarabağ müharibə veteranıdır. Elə başa düşürəm ki, bu aksiyanın onun səhətinə ciddi ziyan vura bilməsini ona izah edə biləcəm və bununla da onu bu aksiyadan çəkindirməyə bir dayı kimi çalışacam. Əks halda, əgər Azad Mursaliyev bu addımı atmağa israrlı olduğunu nümayiş etdirərsə, həmin zaman şəxsən mən Elşad Abdullayev və ətrafımda olan bir sıra hüquq müdafiəcilərilə, mühacirlərlə bərabər azərbaycan səfirliyinin qarşısında özümüzün aclıq aksiyası keçirməklə ona dəstək verəcəyik. Keçirəcəyimiz aksiya ilə bağlı yaşadığımız ünvan üzrə səhiyyə orqanlarını və mümkün olan bütün beynəlxalq təşkilatları məlumatlandıracağıq. Bu heç bir mənaviyyata sığan bir hərəkət deyil. Azad Mursaliyevi və valideynini, digər qohumlarımı girov saxlayaraq, müalicə almaları üçün ölkədən çıxışlarına yasaq qoyanlar sosial şəbəkələrdən məlum olduğu kimi bayramlarını, ad günlərini mütamadi olaraq Avropanın ayrı ölkələrində keçirirlər. Necə ola bilərki haqqınız olmaya-olmaya sizə hər şey olar, amma, haqqı olanlara isə hec nə olmaz. Bəyəm bu insan hüquqlarının pozulması, ədalətsizlik deyilmi !!! ???
Imza: hüquq professoru Elşad Abdullayev,
Fransa, Paris, 23.01.2014″
Short URL: http://www.cumhuriyyet.net/?p=3568