Zakir Həsənovun adına yazılan qara yanvar

(23 yanvaradək) “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin
kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin
nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə
Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 6 nəfər təşkil
edib.
Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd
edib ki, ötən müddətdə 9 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli
bildirib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 1-i döyüş (erməni
gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir. 1- nəfər xəstəlikdən
dünyasını dəyişib, 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 5-i
Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin
hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (9 nəfər),
C.Sümərinli bildirdi ki, onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o
cümlədən ehtiyatsızlıqdan), 2-si intihara cəhddən, 1-i erməni
gülləsindən, 3-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət
alıblar. 8 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi
qulluqçusudur.
Short URL: http://www.cumhuriyyet.net/?p=3577