Ağ Evdən Bakıya demokratiya çağırışı

23.01.2014 - 23:32

Yanvarın 23-ü Vyanada ATƏT Daimi Şurasının iclası keçirilib. “Turan”ın
məlumatına görə, ABŞ-ın ATƏT-dəki missiyasının siyasi müşaviri Kristofer
Robinson iclasda çıxış edərək Azərbaycanda müxalifət fəalı Yadigar
Sadıqova 6 il həbs cəzası verilməsindən narahat olduğunu deyib:
“Birləşmiş Ştatlar Azərbaycanda məhkəmənin Yadigar Sadıqovu xuliqanlıq
ittihamı ilə azadlıqdan məhrum etməsindən narahatdır. Cənab Sadıqov
siyasi fəal və Müsavat Partiyası rəhbərinin müşaviridir. O, 2013-cü ilin
iyununda, prezident seçkisi kampaniyası başlamazdan əvvəl həbs edilib.
Sadıqovun həbsi və mühakiməsi Azərbaycanda vətəndaş cəmiyyətinə və
siyasi plüralizmə həyəcan yaradan hadisələr seriyasından daha bir
faktdır. Biz qanunsuz sahibkarlıqda və vergi ödənişindən yayınmaqda
ittiham olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi
Mərkəzinin rəhbəri Anar Məmmədlinin və “Könüllülərin Beynəlxalq
Əməkdaşlığı” təşkilatı fəallarının işinin araşdırılmasını diqqətlə
izləyirik. Bir müddət əvvəl Daimi Şurada cənab Məmmədlinin həbsinin
seçkilərin monitorinqini həyata keçirməsi ilə bağlı olmasından
narahatlığımızı ifadə etmişdik. Biz həmçinin İsmayıllı sakinlərini dinc
etirazlara təhrik etmək ittihamı ilə həbs edilmiş REAL hərəkatının
lideri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun,
habelə qeyri-döyüş şəraitində əsgər ölümlərinə etiraz aksiyasına görə
həbs edilmiş “Nida” hərəkatı fəallarının işi üzrə araşdırmaları da
diqqətlə izləməkdə davam edirik və zəruri hüquqi prosedurları təmin
etməyə çağırırıq”. ABŞ rəsmisi həmçinin prezident İlham Əliyevi
parlamentin QHT qanunvericiliyinə bu yaxınlarda qəbul etdiyi düzəlişləri
təsdiq etməməyə və düzəlişləri beynəlxalq standartlara, ATƏT qarşısında
öhdəliklərə uyğunlaşdırmaq imkanlarını müəyyən etməyə çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=3578

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930