Polad Alemdar Azərbaycana gəlir
“Bu
dəfə Azərbaycana gedəcəyik, qardaş ölkəyə. Orada bizim təşkilatın bir
üzvü öldürülüb axı…”
“Bu
dəfə Azərbaycana gedəcəyik, qardaş ölkəyə. Orada bizim təşkilatın bir
üzvü öldürülüb axı…”
“Qurdlar vadisi”nin növbəti seriyalarında proseslərin bir qisminin də Azərbaycanda cərəyan ediləcəyi gözlənilir. Bu anonsu
artıq 10-cu ildir davam edən serialın baş qəhrəmanı Polad Alemdar filmin
yanvarın 23-də axşam saatlarında Türkiyənin ATV kanalı ilə nümayiş
etdirilən sayca 213-cü seriyasında verib. O, serialın digər qəhrəmanı
olan “Kara” ilə söhbətində sonuncunun “bəs bundan sonra Türkiyədə nə
edəcəyik, nə işlə məşğul olacağıq” sualına belə cavab verib: “Heç nə. Bu
dəfə Azərbaycana gedəcəyik, qardaş ölkəyə. Orada bizim təşkilatın bir
üzvü öldürülüb axı…”
Filmin sözügedaən seriyasında Karanın Bakıya gəlişi səhnəsindən bir
fraqment göstərildi. O, Azərbaycana öz adamlarından biri ilə görüşmək
üçün gəlir. Lakin görüşəcəyi sirli adamı Bakıda ölü vəziyyətdə tapır.
Elə meyitin yanındaca iki silahlı tərəfindən həbs olunan Karanın
Bakıdakı sonrakı macəralarını çox güman ki, filmin növbəti seriyasında
izləmək mümkün olacaq…
Qeyd edək ki, filmin ötən seriyalarında da Azərbaycanla bağlı məqamlar yer almış və böyük maraq doğurmuşdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=3584