İki oğlu Suriyaya döyüşməyə gedən ata fəryad edir
Anasının bişirdiyi yeməkləri “murdar” adlandırır, bizə “kafir”
deyirdi
Anasının bişirdiyi yeməkləri “murdar” adlandırır, bizə “kafir”
deyirdi
Sonra araşdırıb
öyrəndim ki, Bakıda, Müşfiqabad qəsəbəsində vəhhabilərin bir dini icmasına ayaq
açıb. Hər dəfə evə gələndə bizə “kafir” deyirdi. İş o yerə çatmışdı ki,
ata-bala tutuşurduq, az qala bir-birimizi döyüb öldürmək həddinə çatmışdıq.
Gördüm vəziyyət belədir, Daxili İşlər nazirliyinin “102” xidmətinə zəng elədim.
Dedim ki, oğlum belə iş tutub, belə oyunlardan çıxır…”
Bunu virtualaz.orgsaytının müxbiri ilə söhbəti zamanı Masallı rayonunun Həsənli kənd sakini
Qurbanəli Vəlişov danışıb. Q.Vəlişov deyir, iki oğlu var – Seymur və Həbib. Hər
ikisi vəhhabi qruplaşmalarına qoşularaq Azərbaycanı tərk ediblər. Ancaq hələ
övladları bu addımı atmamışdan əvvəl ata onların qarşısını almaq üçün əlindən
gələni edibmiş: “Mən “102” xidmətinə xəbər verəndən sonra Masallı Rayon Polis
Şöbəsindən gəlib məni ora dəvət etdilər. Getdim, hər şeyi ətraflı yazıb qoydum
ki, çağırıb Seymuru dindirsinlər. Dedim, sabah övladımın adı hansısa
partlayışda, cinayətdə hallananda onsuz da məni bir valideyn kimi ora-bura
çəkəcəksiniz. Mənsə sizə bu başdan gəlib agah edirəm ki, övladımı düz yola
qaytarın, ətrafındakıları araşdırın, görün kimlərdir bunlar. Yerlərini də dedim
– Müşfiqabadda vəhhabilərin toplaşdıqları məscid”.
Ata deyir
şikayətindən sonra eşidib ki, Seymuru Binəqədi Rayon Polis İdarəsinə
çağırıblar, bir-iki saat dindirib buraxıblar. Bir müddət sonra eşidib ki,
Seymur Suriyadadır, orada müxalifətə qoşularaq Bəşər Əsəd qoşunlarına qarşı döyüşür.”Ötən ilin sentyabr ayında getdi.
Həmin o məsciddən bir qrup getdilər. Deməli, bunları aparıb Gəncə aeroportundan
Türkiyəyə yola salıblar. Türkiyədən də Suriyaya keçiblər. Bəs polisin, MTN-in
bundan xəbəri yoxdur? Bu boyda işlər gedir, qarşılayıb yola salırlar. Xüsusi
xidmət orqanları bunu görmürmü?” – deyə Qurbanəli Vəlişov sual edir.
Onun sözlərinə görə, oğlu Seymur
Suriyaya gedəndə ailəsini də yığıb özü ilə aparıb: “Gedəndən sonra internetlə
qayınanasıgillə əlaqə saxlayıb. Qaynanasıgil biləndə ki Seymur Suriyada
döyüşür, onunla əlaqəni kəsiblər. Ən pisi odur ki, Seymur arvadını, üç uşağını
da özü ilə aparıb. Onun başına bir iş gəlsə, ailəsi Suriyanın düzündə nə edəcək
– bunu bilmirik”.
Söhbət zamanı onu da öyrənirik ki, Seymur
Vəlişov Suriyaya gedəndən sonra kiçik qardaşı Həbibi də öz dalınca çəkib
aparıb. Ata bir də eşidib ki, Həbib Bakıda ona alınmış torpaq sahəsini və pula
gedən nəyi varsa, hamısını dəyər-dəyməzinə sataraq ailəsini də götürüb və
ölkədən çıxıb.
“Qardaşı Həbibi də yoldan çıxardı. Dedi, köç gəl, qoşul bizə, pul da var, yaşamaq imkanı da. Həbib onun
üçün aldığım torpağı da satıb getdi. İndi hələlik Türkiyədədir. Həbibin bir
uşağı vardı, bir-iki gün qabaq Türkiyədə bir qızı oldu. Yəqin ki, yaxın
vaxtlarda o da Suriyaya keçəcək. Bəlkə də artıq keçib…” – deyə iki oğlu
əlindən çıxıb məchulluğa qarışan naçar ata bildirir.
Qurbanəli Vəlişov yerli hüquq-mühafizə orqanlarını ölkədə
yayılan kabusun qarşısını almağa çağırır: “Mənim kimi yüzlərlə valideyn polis
şöbələrinə yaxınlaşıb məlumat verirlər ki, uşağımız bu işlə məşğuldur, amma
qarşısını almırlar. Bu hökumət elə bilir ki, bunlar gedib Suriyada
qırılacaqlar, geri qayıtmayacaqlar, beləliklə də ölkədə vəhhabi problemi həllini
tapacaq. Daha düşünmürlər ki, Suriyada müxalifətlə hökumət arasında danışıqlar
gedir. Razılığa gələn günü mənim uşağımı da, o birilərini də Suriyadan
çıxaracaqlar. Onlar da qayıdıb orada kəsdikləri başdan burda kəsməyə
başlayacaqlar. Mənim uşağ ağılda olanlar elə öz evlərinin içindən
başlayacaqlar. Böyük bir faciə qarşısındayıq. Belə adamlar onların düşüncəsini
qəbul etməyən bizlər üçün böyük təhkülədir”.
Qeyd edək ki, Qurbanəli Vəlişovun özü Qarabağ müharibəsi
iştirakçısı olub. Övladlarına da pis baxmayıb. Onların rahat həyatı üçün
əlindən gələni əsirgəməyib.Atanın özünü dinləyək: “Seymurun 36 yaşı var. Əlində yaxşı
işi vardı. “Halal nemət, min bərəkət” firmasında işləyirdi. Mağazalara mal
paylayırdı. 1200 manat aylıq maaşı idi. Onun üçün Biləcəridə bir ev-eşik
tikmişdim ki, gəl görəsən… Onu da vəhhabilərə peşkəş elədi. İndi vəhhabilər
oranı özləri üçün görüş yeri ediblər. Həbibin 26 yaşı var. Ev ustası idi.
Ruzisi də pis deyildi. Bakıda torpaq almışdım ki, onun üçün də ev tikim. O
torpaq da beləcə əldən getdi”.
Atanın son sözü yenə hüquq-mühafizə orqanlarınadır: “Onlar
cavandır, nə elədiklərini, hansı addımlar atdıqlarını anlamırlar. Onlara vəd
olunmuş pullara aldadırlar, özlərini güllənin qabağına verirlər, gənc
həyatlarına qıyırlar. Onlara çatası pullarla isə kimlərsə varlanır. Mənim
balalarım kimi ağılsızların hesabına…”
…Ata sözünü burada da bitir. Daha
deyəcəyi heç nə qalmayıb. Əlindən yalnız oğul yolu gözləmək gəlir. Seymurla
Həbibi isə Masallının Həsənli kəndində valideynləri gözləyir – Qurbanəli dayı
ilə Zənurə xala…
İlahə
Vəzirova
Short URL: http://www.cumhuriyyet.net/?p=3585