Rəsulzadə-Stalin münasibətləri:sirli ev

olaraq qalır
təsəvvürümdə bu evi hər mənada böyük Rəsulzadənin adına layiq bilmişəm.
Gördüklərim təsəvvürlərimi alt üst edir. Birmərtəbəli yaşayış evi, hansı
ki, sənədləri 1813-cu ilə aiddir, əlbəttə bundan yaxşı vəziyyətdə ola
bilməz. Amma məsələ əslində heç bu da deyil. Məsələ, evin bu gün
Rəsulzadələrə aid olmamasındadır.
Məmmədəmin Rəsulzadə 1884 -cü ildə bu evdə dünyaya göz açıb. Bir bütöv,
iki yarımçıq əsrin əlini sıxan bu ev gördüyünüz kimi hələ ayaq üstədir,
hələ yaşayır. Amma Məmmədəminin adını, irsini yaşatmaq üçün bu evdə
lazımı imkanlar yoxdur. Əvvəla bu imkan ona görə yoxdur ki, ötən əsrin
40-cı illərindən bu ev uşaq bağçası kimi fəaliyyət göstərir. Yəni,
1937-ci ildə Rəsulzadənin ailəsi sürgünə göndəriləndən sonra buranı
uşaq bağçası ediblər. Belə baxanda, xeyirxah bir missiyadır və kim bilir
bəlkə də sabah bu balacaların arasından neçə-neçə Məmmədəminlər
çıxacaq. Amma nəzərə alsaq ki, Məmmədəmin Rəsulzadənin irsini qoruyub
saxlamaq üçün bu gün Bakı şəhərində bir ev muzey -filan yoxdur, nədən
ata yurdunun bağçadan alınıb Rəsulzadələrə qaytarılması mümkün olmasın?
Novxanıdakı ata evi məndə maraqlı təəssüratlar yaratmaqdadır. Bir
məlumata görə, 1937-ci ildə Rəsulzadənin oğlunu güllələnməyə məhz bu
həyətdən aparıblar, amma başqa bir məlumatda onun Novxanıdakı bağ
evindən aparıldığı deyilir.
Kənd ağsaqqalları deyir ki, zamanında Məmmədəminin ailəsi bu zirzəmidə
dəvə saxlayıb. Nə qədər əsası var, deyə bilmərik. Amma hər halda bu
zirzəmi özündə bir sirri saxlayır. Məsələn, Rəsulzadənin Stalini harda gizlətməsi bu gün də çoxlarına sirr
olaraq qalır. Düzdür, bu kiçik zirzəmi nə o böyüklükdə rəhbər, nə o
böyüklükdə dəvə üçün idi. Zirzəmidən ona görə söhbət açdım ki, buna
bənzərində Rəsulzadənin nəvəsi düz 13 il yaşayıb. Süleyman Rüstəm 10
ünvanında. Məmmədəmin Rəsulzadənin nəvəsi, Rəis Rəsulzadə: “Məcburdum yaşamağa, ev
yox idi. Həm işləyirdim, həm oxuyurdum, həm də yaşayırdım”. Əslində Məmmədəminin nəvəsi zirzəmidə yaşamalı deyildi. Bu gün Bakı
şəhərində Rəsulzadəyə məxsus olduğu bildirilən üç ev var. Novxanıdakı
ata yurdunu dedik.
xidmət edir. Dövlətçiliyimizə xidmət edən kişinin- Rəsulzadənin adını
tutub Azərbaycana gələn qonağa isə heç nə göstərə bilmirik.
Short URL: http://www.cumhuriyyet.net/?p=3586