Yanvar ayının qara statistikası
2014-cü ilin ilk 23 günündə 25 nəfər intihar edib, 19 nəfər intihara
cəhd göstərib. Canlarına qıyan mülki şəxslərdən 16 nəfəri kişi, 2-si
qadın, 3-ü məktəbli (hamısı oğlan) olub, kişi cinsinə mənsub 4 nəfər isə
hərbçidir.
İntihara
cəhd hallarının statistikası da ürəkaçan deyil. Yanvar ayının ötən 22
günündə 2 məktəbli (bir qız, bir oğlan), 2 hərbçi özlərini öldürməyə
cəhd göstərib. Digər intihara cəhd edənlərin 8-si qadın, 7-si kişi olub. İndiyədək heç bir ayda özünə qəsd edənlərin sayı bu qədər çox olmayıb. Məsələn, 2013-cü ilin yanvar ayında ölkədə cəmi 21 nəfər intihar edib, 12 nəfər isə buna cəhd göstərib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3587