Həmyerlilərini Rusiyada qul kimi işlədən azərbaycanlı cəzalandırıldı

24.01.2014 - 03:57
Səid,
Rzabala və Əvəz İlyasov qardaşları insan alveri ilə pul qazanmaq
qərarı azadlıqlarını itirməklə başa gəlib

 
 
Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etməkdə
təqsirli bilinən Əvəz İlyasovun cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə
İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində Qaradağ rayon sakini Əvəz İlyasov həbs edilib. Onun bir qrup
şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarını Rusiyanın
Samara şəhərində məcburi əməyə cəlb etməsi faktı müəyyən edilib.
Səid,
Rzabala və Əvəz İlyasov qardaşları insan alveri ilə pul qazanmaq
qərarına gəliblər. Onlar kasıb ailədən olan azərbaycanlılara tikinti
sektorunda iş təklif ediblər, onlar üçün xarici pasport və qatara bilet
alıblar, 2011-ci il, dekabrın 10-da isə həmyerlilərimizi Samaraya
aparıblar. Dəstədə hərənin öz vəzifəsi olub. Məsələn, Oleq adlı bir
nəfər ötən il noyabrın 23-də Əvəz İlyasovu kölə gətirməsi üçün Rusiyadan
Azərbaycana göndərib. Bir aydan sonra Əvəz Bakıya gəlib və Binəqədi
rayonu Biləcəri qəsəbəsində və Nəsimi rayonunda “3-cü mikrorayon”
ərazisi kimi tanınan “qul bazarı” adlandırılan yerə yollanıb. Əvəz
İlyasov orada 14 nəfəri taparaq onlara 500 ABŞ dolları məbləğində əmək
haqqı və Samara vilayətinin Alekseyevka qəsəbəsində iş, həmçinin yaxşı
həyat şəraiti vəd edib. Dekabrın 10-da aldadılan azərbaycanlılar
Alekseyevkaya gəliblər. Burada onları Rzabala qarşılayıb və
pasportlarını alıb. S. İlyasov fəhlələrə nəzarətçi kimi təqdim olunub.
Daha sonra həmyerlilərimiz kiçik bir otağa yerbəyer ediliblər və onlara
qonşularla münasibət qurmaq qəti qadağan olunub. Elə həmin gündən 14
nəfər donuz ferması təmizləməyə və heyvanlara baxmağa başlayıblar.
Bir
müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səid İlyasov 8
il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Səid mühakimə olunan
müddətdə Rzabala və Əvəz İlyasov Azərbaycanın hüdudlarından kənarda
olduğu üçün həbs edilmələri mümkün olmamışdı və onlar İnterpol
vasitəsilə axtarışa verilmişdi. Əvəz İlyasov ötən il həbs edilib. Hakim
Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə
hökm oxunub. Məhkəmənin hökmü ilə Əvəz İlyasov 9 il müddətinə azadlıqdan
məhrum edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=3589

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930