Ukraynanın baş hakimi istefa verdi
Ukraynada bu gün hakimiyyətin sökülməyə başlaması və istefalar dalğası daha bir məmurun işini itirməsi ilə nəticələnib.
bu gün günün ikinci yarısında istefaya getdiyini bəyan edib. Ukrayna
Hakimlər Şurası R.Kirilyukun ərizəsini elə bu gün qəbul edərək onun
xahişini yerinə yetirib. UNİAN bildirir ki, R.Kirilyuk “vəzifəsindən öz
xahişi ilə gedib”.
Bundan başqa, bu gün daha bir deputat, Ali Radanın üzvü Yaroslav
Suxoy Ukraynanın hakim Regionlar Partiyasının sıralarından getdiyini
bəyan edib. Bunu müxalifət lideri, “Svoboda” Partiyasının lideri Oleq
Tyaqnibok bildirib. O, Y.Suxoyun yazıb spiker Vladimir Rıbaka göndərdiyi
istefa ərizəsinin mətnini twitterdə dərc edib. Ardınca isə Y.Suxoyun
istefa bəyanatını imzaladığı və oxuduğu anların əks olunduğu videoçarx
internetdə yayılıb.
Qeyd edək ki, bu gün səhər Volın Vilayət Şurasının sədri Vladimir
Voytoviç və onun birinci müavini Yuri Lobaç da istefaya getdiklərini
bəyan etmişdilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3597