Sabiq YAP-çı deputatın oğlu müxalifətə keçdi

25.01.2014 - 01:53

Rizvan Cəbiyevin repçi oğlu olan Anar Nağılbaz
ReAL sıralarında

Dünən
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində
Respublikaçı Alternativ (ReAl) Hərəkatının təşkilatçılığı ilə mətbuat konfransı
keçirilib. Tədbirdə hərəkatın yaxın perspektiv üçün planları, partiyalaşma və
hərəkatın proqramı haqda danışılıb. ReAl Hərəkatının icra katibi Natiq Cəfərli
və ReAl-çı Erkin Qədirli çıxışlarında qurumun proqramı barədə ətraflı məlumat
veriblər.

Hərəkat
üzvlərinin və jurnalistlərin qatıldığı tədbirdə nəzərə çarpan ən maraqlı
məqamlardan biri tanınmış reper Anar Nağılbazın da müxalifətdə olan
ReAl-çılarla eyni səfi tutması idi. Belə ki, son vaxtlar etiraz ruhlu
kompozisiyaları ilə gündəmdə olan A.Nağılbaz tədbirdə ön sıralarda olub. Sabiq
YAP-çı deputat Rizvan Cəbiyevin oğlu olan A.Nağılbaz atası kimi jurnalist
deyil, onun bu sahə ilə peşəkarcasına məşğul olmadığı bəllidir. Deməli,
Nağılbaz ora tədbiri işıqlandıran jurnalist kimi getməyib. Bu halda onun
müxalif bir qurumun tədbirində ön planda olmasının yalnız bir izahı qalır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3599

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031