İqtidara qulluğun mükafatı

25.01.2014 - 02:04

Zakir
Qaralov Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşına vəzifə verdi

 

Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının
sədri, sabiq millət vəkili
Gültəkin Hacıbəylinin
keçmiş həyat yoldaşı Mahmud Mehdiyev barəsində redaksiyamıza
maraqlı məlumat daxil
olub. Məlumata görə, Mehdiyev baş prokuror Zakir Qaralovun iki gün qabaq
verdiyi əmrlə Xətai rayon prokurorluğuna müstəntiq təyin edilib.

Məlumatın ilginc tərəfi ondan ibarətdir ki, M.Mehdiyev 2010-cu
ildə elə baş prokuror Qaralovun öz əmri ilə prokurorluq orqanlarından
xaric edilib. Səbəb kimi isə
M.Mehdiyevin prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verdiyini göstərib.
Baş prokurorun bu əmri barədə “Azadlıq” qəzeti hələ ötən ilin oktyabrında
məlumat yaymışdı.
Z.Qaralovun “İntizam
məsuliyyətinə cəlb etmə
barədə” 18 iyun 2010-cu il tarixli əmrində deyilir:

Hərbi xidmətdən yayınmağa
yönəlmiş və prokurorluq
işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə Ağdaş rayon
prokurorluğunun böyük müstəntiqi,
kiçik ədliyyə müşaviri Mahmud Lətif oğlu Mehdiyev
prokurorluq orqanlarından xaric olunsun. Əmr
elan edilməsi üçün bütün struktur qurumlara və tabe prokurorluqlara
göndərilsin.

M.Mehdiyev gündəmə xeyli vaxtdır hakimiyyətin
qəzəbinə gələn keçmiş həyat yoldaşı G.Hacıbəylini məhkəməyə verməklə düşüb.
Onun vaxtilə prokurorluq orqanlarından xaric edilməsi xəbəri də bu xüsusda
yayılmışdı. M.Mehdiyevin yeni təyinatı göstərir ki, ya Z.Qaralov 3 il yarım
əvvəl verdiyi əmri unudub, ya da M.Mehdiyev hakimiyyətin qara siyahısına
salınmış G.Hacıbəyliyə qarşı istifadə olunmasının mükafatını alır. M.Mehdiyevin
yeni təyinatı ilə bağlı Baş Prokurorluqdan münasibət öyrənməyə çalışacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=3601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930