Azad Mursalıyev aclıq aksiyasını davam etdirir
“Özümü müdafiə etmək rıçaqlarım tükəndiyindən
aclıq aksiyası keçirməkdən başqa yolum qalmadı”
Xəbər verildiyi kimi, Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin
sədri, Elşad Abdullayevin səlahiyyətli nümayəndəsi Azad Mursaliyev yanvarın
22-dən aclıq aksiyası keçirir. Qutqaşınlı 9 ünvanında keçirilən aclıq
aksiyasının tələbləri ilə bağlı A.Mursaliyev başladığı aclıq aksiyası ildə
bağlı tələblərini də bəyan edib:
– 2013-ci ilin may ayından 2003-cü ildə oğurlanmış dayım Mahir
Abdullayevin aqibətinə aydınlıq gətirmək məqsədi ilə onun hüquqlarının müdafiə
komitəsi yaratdım. Hüququ məsələləri həll etmək üçün vəkil Adil İsmayılovla da
müqavilə bağladıq. Prossesə hüquq müdafiə təşkilatlarını da cəlb etdik.
Hüquqlarını müdafiə etdiyim digər dayım Elşad Abdullayevlə də müqavilə
bağlandı. Bununla da başladıq araşdırma aparmağa və əlaqədar təşkilatlara
müraciət etdik. Lakin etdiyimiz müraciətlərə rəğmən bizə qarşı bir laqeyidlik
hiss etdik. Xüsusi ilə baş prokurorluğun bu işin açılmasında maraqlı olmadığı
üzə çıxdı”.
– Rəsmi olaraq sizə bu barədə nə
deyildi?
– Heç bir məlumat ala bilmədik. Ümumiyyətlə 2003-cü ildən bu günə
kimi dayımla bağlı etdiyimiz onlarla rəsmi müraciətlərə düz əməlli cavab ala
bilməmişik. Sadəcə etdiyimiz müraciətə cavab olaraq qısaca onu bildiriblər ki, ərizələri
materiallara daxil edəcəyik. Və gələcəkdə sizə bu barədə məlumat veriləcək. Hətta
cənab prezidentin göstərişi ilə ötən ilin mart ayında yaranmış müstəqil
istintaq komissiyası bu günədək hansı işlə məşğul olması bilinmir. Müstəqil
istintaq komissiyasının tərkibinə daxil olan şəxlərin məndə siyahısı da var. Hələlik
onların adlarını mətbuata açıqlamağı məqsədə uyğun hesab etmirəm.
– Aclıq aksiyası keçirməklə məqsədiniz
və tələbləriniz nədən ibarərdir?
– Əvvələr bildirirdilər ki, sənin adın hansısa məhkəmələrdə və
istintaqda keçir. Mən səbrlə prosesin sonun gözlədim. Artıq istintaq və məhkəmə
başa çatıb. Gülər Əhmədova və Arzu Kazımovun işi ilə bağlı məhkəmə prosesləri
başa çatıb. Artıq şahidlik etməyə məhkəmələr də qalmayıb. Bütün bunlara
baxmayaraq mənim fəaliyyət azadlığıma qoyulan məhdudiyyət aradan qaldırılmayıb.
Ona görə də ozümü müdafiə etmək rıçaqlarım tükəndiyindən aclıq aksiyası keçirməkdən
başqa yolum qalmadı. Mahir Abdullayevin 10 ildən artıqdır ki, davam edən
istintaqı nəticəsiz qalıb. Buna bir aydınlıq gətirilməlidir. Nəhayət iki ay
bundan öncə qohumum Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayevi 10 il
azadlıqdan məhrum edilməsini əsassız hesab edərək bunu bizə qarşı təzyiq kimi
qiymətləndirirəm. Fəaliyyət azadlığımın məhdudlaşdırılmasını girov saxlanmaq
kimi qiymətləndirirəm.
Onu da bildirək ki, A Mursaliyev aclıq aksiyasında irəli sürdüyü tələblərlə
bağlı insan haqları təşkilatlarına, Azərbaycandakı xarici ölkə səfirliklərinə,
siyasi partiyalara müraciət ünvanlayıb. Həmin müraciətdə A.Mursaliyev özünün və
yaxınlarının üzləşdiyi qanunsuzluqlardan, Elşad Abdullayevin məlum
açıqlamalarından sonra bu nəslə olan təzyiqlərdən bəhs edir: “Mahir
Abdullayevin hüquqlarının müdafiəsinə içtimai dəstək
vermək, bununla da onun uzun illərdir ki, həllini
tapmayan pozulmuş hüquqlarının bərpa olunmasına
nail olmaq üçün Mahir Abdullayevin
Hüquqlarının Müdafiə Komitəsinə rəhbərlik etməyə
başladım. Bundan sonra Abdullayevlərin Azərbaycan
Respublikasında yaşayan qohumları, o cümlədən mən
bir sıra dövlət orqanları tərəfindən müxtəlif
məzmunlu təzyiqlərə məruz qaldıq.
Aclıq aksiyasında 3 tələbim var. Birincisi yuxarıda
qeyd etdiyim kimi əsassız olaraq mənim ölkədən çıxışıma qoyulan qadağanın
götürülməsidir. Digər tələbim ondan ibarətdir ki, üstündən 10 il keçsə də naməlum
şəkildə oğurlanmış dayım Mahir Abduallayevin taleyinə aydınlıq gətirilsin. Bu
boyda cinayət faktı ortada ola- ola cinayətin açılması üçün heç bir addım
atılmayıb. İndiyə qədər bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb. Əksinə zərərçəkənin
ailə üzvlərinə, qohumlarına qarşı repressiyalar aparılır. Sonuncu tələbim də
odur ki, ailə olaraq bizə qarşı aparılan repressiyalara və təzyiqlərə son
qoyulsun”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3605