Oqtay Şirəliyevin bankir oğlu

övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir,
kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə… Cəmiyyətin
bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları
arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun
əksinə olanlar da… Ümumiyyətlə məmurların və məşhurların övladları
haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib – onlar
kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar…
saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi
xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış
simaların övladları haqda bilgilərin təqdimatını davam etdirərək Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Murad Şirəliyev barəsində yazıb.
edək ki, Oqtay Şirəliyev Azərbaycan prezidentinin 20 oktyabr 2005-ci il
tarixli sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin
edilib. Bu təyinatadək o, Respublika Diaqnostika Mərkəzinin rəhbəri
olub. Tibb elmləri doktoru, professor, 64 yaşlı Oqtay Şirəliyev artıq 9 ildir Azərbaycan səhiyyəsinə rəhbərlik edir.
ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İqtisadiyyat və
idarəetmə” ixtisası üzrə magistr təhsili alıb, həm də fərqlənmə diplomu
ilə bitirib. Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. Bir
sıra elmi məqələlərin müəllifi olan nazir oğlu əmək fəaliyyətinə
1993-cü ildən başlayıb. 2001-2004-cü illərdə o, Azərbaycan Dövlət
İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən
isə bank sektoruna işə düzələn M.Şirəliyev “Kapital Bank” ASC-nin İdarə
Heyətinin üzvü olub. 2005-ci ildə o, “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib. Rus, ingilis, fransız və alman dillərini bilir. Ailəlidir, 1 övladı var.
Short URL: http://www.cumhuriyyet.net/?p=3608