“Şuşa” filmini çəkən məşhur Italiya rejissoru

25.01.2014 - 11:06

Vittorio De Sika (1901-1974) italyan neorealizminin liderlərindən biridir.

Kiçik bank işçisi ailəsində doğulan De Sikanın valideynlərinin arzusu onu mühasib görmək idi.

Amma o, teatr truppasına daxil olur və aktyor kimi çalışır.

Aktyorluq isə ona potensialını realizə etməsi üçün yetmir. Ona görə De Sika özü filmlər çəkməyə başlayır.

Rejissor kimi ilk işləri kinematoqrafik baxımdan sıradan olsa da,
tənqidçilər onun idillik komediyalarındakı incə poetikliyi, səmimiyyəti
xüsusi qeyd edirdi.

“Uşaqlar bizı baxır” dramı ilə De Sika yaradıcılığında yeni mərhələyə qədəm qoyur.

Bu filmdə ailə münasibətlərinə ilk dəfə olaraq bir uşağın gözü ilə
baxılır. Valideynlərinin münasibətindəki saxtalığın ağrısını yaşayan
balaca Prikonin tənhalığı, cəmiyyətdə hər şeyin ideal olduğunu sırıyan
faşist təbliğatının əksi idi. 

Film eyni zamanda italyan kinosunda neorealizmin müjdəçisi oldu.

Ona dünya şöhrəti gətirən, sənədli üslubda ekranlaşdırdığı “Şuşa”
(hərfi mənası “ayaqqabı təmizləyən”) filmində isə müharibədən sonrakı
İtaliyada sahibsiz uşaq problemini ön plana çıxarır. Bu, rejissorun ilk
və əsl neorealist filmi idi.

De Sika neorealizmin ən yaxşı filmlərini yaradıb (“Milanda möcüzə”,
“Umberto D”, “Göyün qapısı”) və müxtəlif janrlarda uğurlu ekran əsərləri
çəkib.

“Baxılası 50 film layihə”sində italyan neorealizminin şedevrlərindən
biri, Luici Bartolininin eyni adlı romanı əsasında çəkilən “Velosiped
oğruları” dramını təqdim edəcəyik.

 

Müharibədən sonrakı İtaliya. Ailə başçısı, gənc Antonio iş axtarır.
Uzun axtarışlardan sonra o, nəhayət, iş tapır. Amma yeni işində –
küçələrdə afişa vurmaq üçün ona velosiped lazımdır. Məmur ona,
“velosiped yoxdursa, iş də yoxdur” deyir. Bunun üçün o, evdə pula gedən
yeganə əşyanı – döşək ağlarını sataraq velosiped alır. Amma ilk iş günü
onun velosipedini oğurlayırlar.

Film
kiçik insanın klassik faciəsindən, onun yaşamaq uğrunda mübarizəsindən,
ümidsiz cəhdlərindən bəhs edən sosial psixoloji hekayətdir.

 

Antonio balaca oğlu ilə velosipedin axtarışlarına başlayır. Tamaşaçı onların gözləri ilə yoxsul Romanı görür.

 

Velosipedin axtarışları filmin əsasını təşkil edir.

 

Burda əsas obrazlardan biri metaforik qəhrəman velosipedidi. Yoxsul
italyan ailəsi üçün bu, həm ailəni dolandıran əşyadır, həm də gözəl
günlərin simvoludur.

 

Ümidsiz qəhrəman özü velosiped oğurlamağa cəhd etsə də alınmır. Film
kədərli bitir. Antonio amansız dünyada çarəsiz, ümidsiz, heç nəsiz
qalır.

 

Rejissoru pessimizmdə günahlandırsalar da, sonralar “Velosiped oğruları” dünya kinematoqrafiyasında klassik film statusunu aldı.

Çox illər sonra De Sika film haqda deyirdi: “Bu film, ola bilsin, bir az sentimentaldır, amma mənim xoşuma gəlir”.

 

Maraqlı faktlar

 

De Sika neorealizmin ənənəsinə sadiq qalaraq aktyorları küçədən tapıb.

Çəkilişlərdən sonra Antonio rolunun ifaçısı Lamberto Madciorane işlədiyi zavodda ixtisara düşüb.

Qəhrəmanının taleyini yaşayan Madciorane aktyor kimi fəaliyyətə başlayır.

Baş rola Hollivud ulduzları Keri Qrant və Henri Fonda təklif olunsa
da, son nəticədə De Sika qeyri-peşəkar aktyora üstünlük verir.

Antonio məşhur Amerika aktrisası Rita Heyvortun afişasını divara yapışdıranda velosiped oğurlanır.

De Sika rejissura işi ilə yanaşı bayağı filmlərə çəkilir və qonorarını layihələrinə xərcləyirdi.

O, qızğın qumarbaz idi.

Rejissorun 4 filmi Oskara layiq görülüb: “Şuşa”, “Velosiped oğruları”, “Dünən, bu gün, sabah”, “Finzi Kontininin bağı”.

De Sika eyni zamanda Kann, Berlin, Venesiya festivallarının mükafatçısıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3610

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031