Xaçmazda 5-ci sinif şagirdi girov götürülüb

25.01.2014 - 11:31

Yanvarın 23-də Xaçmazın Susay-Qışlaq kəndində silahlı sələfi (vəhhabi)
dəstəsi Susay qışlaq kənd tam orta məktəbinin V sinifində oxuyan Valeh
adlı bir uşağı girov götürüb.
Dərsdən evlərinə qayıdan uşaq
yolda 15 nəfərlik dəstəni görüb. Dəstə uşağı zorla saxlayaraq, ləzgi
dilində ona “Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də
öldürərik” deyə hədələyiblər və uşağı bu şərtlə buraxıblar. 
Tələsik və həyəcanlı vəziyyətdə evə gələn uşaq bütün gördüklərini
öz valideynlərinə danışıb. Onun atası dərhal zəng edərək polisi bu
barədə məlumatlandırıb. Polisin dərhal başlatdığı cinayət-axtarış
işlərindən xəbər tutan dəstə üzvləri həmin ailənin evinə gələrək, uşağın
ata və anasını buna görə döyüblər. 
Nəticədə uşağın valideynləri ciddi xəsarət alıblar. Valehin özünü isə girov götürüblər. 
Yerli sakinlərdən aldıqımız məlumata görə, hazırda axtarış davam edir, yollar patrullar nəzarətinə götürülüb.
Musavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3615

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031