“Azərenerji” büdcəni dağıdır

25.01.2014 - 12:31

"Azərenerji" büdcəni dağıdır Bu qurumun həyata keçirdiyi layihələrin qiymətləri dəfələrlə şişirdilir

 
 

Araşdırmada “Azərenerji” ilə Türkiyə Elektrik Dağıtım Anonim
Şirkətinin(TEDAŞ) eyni ölçülü investiya layihələrinə xərcləri müqayisə
edilib və maraqlı nəticələr alınıb. Araşdırmanı ixtisarla təqdim edirik.

2012-ci ildə “Azərenerji” ASC tərəfindən həyata keçirilən bir sıra investisiya layihələri:
– Uzunluğu 12,7 km olan 2-ci Qala hava xəttinin 8 km hissəsinin yenidən qurulmasına 1 milyon manat
– Uzunluğu 5 km olan Ramanı hava xəttinin yenidən qurulmasına 362,9 min manat
– Uzunluğu 13 km olan 1-ci Qala hava xəttinin yenidən qurulmasına 1 milyon manat
– Uzunluğu 8,1 km Zığ hava xəttinin 3,2 km hissəsinin yenidən qurulmasına  491 min manat
– Uzunluğu 5,1 km olan Zığ hava x-nə  251,5 min
– 12 km-lik 3-cü Suraxanı hava xəttinə  754,5 min manat
– 17,6 km-lik Dübəndi hava x-nə 1,106 milyon manat
– 18,5 km-lik 2-ci Maştağa hava x-nə 1,163 milyon manat
– 8,9 km-lik 4-cü Ramanı hava x-nə  560 min manat
– 14,3 km-lik 5-ci Şimal hava x-nə 506,2 min manat
– 17,2 km olan 110 KV-luq 1-ci Şimal hava x-nə 1,081 milyon manat
– 9,1 km olan 1-ci Maştağa hava x-ə 572,2 min manat
– 7,7 km-lik 3-cü Binəqədi hava x-nə 484,1 min
– 10,9 km-lik 5-ci Ramanı, 2-ci Suraxanı hava x-nə 791,1 min manat
Həmin
il Türkiyənin TEDAŞ şirkətinin həyata keçirdiyi eyni ölçülü bir sıra
layihələrinə yönələn xərclərə nəzər yetirək: (mənbə TEDAŞ-in
investisiyalara dair hesabatından. tedas.gov.tr)
Nisbətən bahalı şəhər sayılan Antalyada;

Dənizkəntdən Çakış köyə uzanan 10 km-lik xəttin yenidənqurulması 420
min TL (146,2 min manat (hazırki məzənnə ilə hesablandığına görə
məbləğdə 2012-ci ilə nisbətən qismən fərq yarana bilər)
– Hisarçandır-Söyütcüm-ə 23 km-lik yeni elektrik xəttinin çəkilməsi 1,1 milyon TL (385 min manat)
– “Kəmər TM-Çamyuva Irt. ENH” layihəsi çərçivəsində 4,5 km-lik xəttin çəkilişinə 900 min TL (313 min manat)
– Dereköy-Sülekler-ə 12 km elektrik xəttinin yenidən qurulması 600 min TL (209 min manat)
Xidmətlər nisbətən ucuz olan Diyarbəkirda;
– Aktəpə-Öncülüyə 3,7 km-lik elektrik xətti və beton dirəyin tikintisinə 145 min TL (50 min manat)
– Isapinar KÖK- Doruk KÖK 6,1 km-lik xəttin tikintisinə 235 min TL (82 min manat)
– Mollatəpə-Göktəpəyə 4 km-lik xəttlərin yenidənqurulmasına 155 min Tl (54 min  manat)
Bundan
başqa dövlətin əsaslı vəsait qoyuluşundan “Azərenerji”yə ayrılan
xərclərdə iqtisadi rayonlar üzrə toplam gücləri 16,3 MVt olan kiçik su
elektrik stansiyalarının tikintisinə 27,5 milyon manat vəsait ayrılıb.
Türkiyənin
Enerji Piyasası Düzənləmə Kurumunun hər bir bölgə üçün hesabatında
göstərilir ki, paytaxt Ankarada 11,7 MVt gücündə su elektrik
stansiyasının tikintisinə isə cəmi 18 milyon TL (6,2 milyon manat)
ayrılıb və işlər işlər 2013-cü ildə yekunlaşıb.
Müqayisədən görünür
ki, Azərbayanda eyni uzunluqlu elektrik xətlərinin çəkilişinə Türkiyədən
iki-üç dəfə artıq xərc çəkilir. Türkiyədə istehsalatın olmasını əsas
gətirib, materialların ucuz başa gəldiyini ehtimal edə bilərlər. Amma
burada əməkhaqqı və kompensasiya məsələsini diqqətdən qaçırmaq olmaz.
Azərbaycanda kompensasiya ödənilmədiyi halda, Türkiyədə elektrik
xətlərinin altına və stansiyaların tikildiyi əraziyə düşən torpaqları
sahiblərindən bazar qiymətinə, bəzən daha baha qiymətə alırlar. Habelə
2012-ci ildə orta aylıq əmək haqqı Azərbaycanda 450 dollar olubsa,
Türkiyədə 1400 dollardan aşağı deyildi. Bir işçiyə bizdən ən azı 3 dəfə
artıq əmək haqqı ödənilib. Digər bir səbəb kimi çəkilən elektrik
naqillərinin gərgiliyi ola bilər. “Azərenerji”nin çəkdiyi xətlərin daha
yüksək gərginlik qəbul etmə gücünə malik olmasını əsas gətirə bilərlər.
Bunu mütəxəssislər daha dəqiq qiymətləndirə bilər. Hələ ki, havalar
soyuyanda naqillərimizin sərtliyə davam gətirmədiyi, tez-tez fasilələr
yaratmaq məcburiyyətində qalması göz önündədir. Əldə olan faktlardan
bizim yoza bildiyimiz yalnız səbəb var: bu sahədə icra edilən
layihələrin smeta dəyəri bir neçə dəfə şişirdilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3617

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30