Rza Zərraba sui-qəsd ittihamı
Səudiyyə Ərəbistanının
ABŞ-dakı səfiri Adil el-Cubeyri 2011-ci ildə Vaşinqtonda bir restoranda
öldürməyi planlaşdıran İran əsilli Mənsur Arbabsiarın işini araşdıran
FTB sui-qəsd üçün göndərilən 1.5 milyon dollarda Rza Zərrab izi tapıb.
Səudiyyə Ərəbistanının
ABŞ-dakı səfiri Adil el-Cubeyri 2011-ci ildə Vaşinqtonda bir restoranda
öldürməyi planlaşdıran İran əsilli Mənsur Azərbabsiarın işini araşdıran
FTB sui-qəsd üçün göndərilən 1.5 milyon dollarda Rza Zərrab izi tapıb.
Pulu göndərənlər Zərrabın istifadə etdiyi Rococo iş mərkəzindəki şirkətlər olub.
Adil el-Cubeyrə sui-qəsd təşkil etdiyi bildirilən Mənsur Arbabsiara
pulu Rza Zərrabın ödədiyi iddia edilir. Sui-qəsddə restoranda əyləşən
onlarla müştərinin həyatı təhlükə altına düşəcəkmiş.
FTB İstanbula fəaliyyət göstərən Azra İdxal İxracat Ticarət Limited
Şirkəti ilə Hacer Mücevherat ve Kuyumculuk Turizm şirkətlərindən
sui-qəsd planından öncə Mənsur Arbabsiarın hesabına küli miqdarda pul
köçürüldüyü müəyyənləşdirib.
Pul transferini həyata keçirdiyi iddia eilən Azra İdxal İxracat
Ticarət Limited Şirkəti ilə Hacer Mücevherat ve Kuyumculuk Turizm
şirkətlərinin İstanbul Ticarət Evində qeydiyyatdan keçdiyi deyilir. Bu
iki şirkətin ünvanı isə Rococo iş mərkəzi olaraq göstərilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3619