Suriya müxalifəti Assad rejimi ilə danışıqlara razılıq verib
kəskin qarşıdurmalardan sonra, Suriya münaqişəsinin tərəfləri şənbə
günü bir masa ətrafında oturmağa razılaşıblar.
Əslində, Suriya tərəflərinin üzbəüz görüşü cümə günü olmalı idi, lakin az qalmışdı ki, danışıqlar ümumiyyətlə iflasa uğrasın.
Danışıqlar prosesini aşkar iflasdan BMT vasitəçisi Lakhdar Brahimi xilas edib.
O Suriya iqtidarının və müxalifətinin nümayəndələrini inandıra bilib ki,
irəliləyişin əldə olunması üçün “xırda” məsələlərin müzakirəsindən
başlamaq lazımdır.
Cənab Brahimi deyib ki, heç addım atılmamasından xirda addımların atılması daha yaxşıdır.
Belə “xırda” məsələlərdən biri də üsyançıların əlində olan Homs
şəhərinin aclıqdan xilas edilməsi üçün Suriya hökumətinin ora humanitar
yardım çatdırılmasına imklan verməsidir.
Diplomatlar bildiriblər ki, bu, Assad-ın rahatlıqla razılıq verə biləcəyi məsələdir.
Lakin siyasilər deyirlər ki, əsas məqamlarda razılıq əldə olunması son dərəcə çətin olacaq.
Razılıq əldə olunmasına başlıca maneələrdən biri də üsyançıların əlində
olan ərazilərin əksər hissəsinə nəzarət edən islamçı yaraqlıların sülh
konfransını boykot etməsidir.
Onlar bildiriblər ki, Assad-ın hakimiyyətdən gedəcəyinə təminat verməyən
danışqılara qoşulan müxalifətçilər xain hesab olunacaqlar.
Başqa bir maneə Assad-ın regiondakı əsas dəstəkçisi olan İranın bu
konfransda iştirak etməməsidir. İran əvvəlcə konfransa BMT tərəfindən
dəvət olunsa da, sonradan Suriya üsyançılarının və ABŞ-ın təkidi ilə bu
dəvət geri götürülüb.
İranın Montredə olmasını Moskva da istəyirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=3620