“Həbs oluna bilərəm”

25.01.2014 - 13:05

“Səs yazısının yayılması 2 məsələyə görə
ola bilər. Bunun birincisi Ukrayna hadisələridir. Ola bilsin ki, Kiyevdə etiraz
edən qüvvələrin Qərblə inqilabi danışıqlar aparması fikrini Ukrayna cəmiyyətində
yaymaqla etirazların səngiməsinə nail olmaq istəyirlər. Azərbaycanla bağlı isə
plan o ola bilər ki, vətəndaş cəmiyyətinə hökumətin nəzarətini daha da gücləndirmək
istəyirlər. Azərbaycanda hakimiyyəti dəyişməklə bağlı heç bir danışıqdan söz
getmir”.

 

“Səs yazısının yayılmasının Azərbaycanla
bağlı hissəsi QHT sektorunu zəiflətməyə hesablanıb. İstəyirlər ki, hökumət vətəndaş
cəmiyyətinə daha çox nəzarət etsin”.

Mehman Əliyev yayılan səs yazısı ilə bağlı
həbs olunmasını da istisna etmədi:

“Mənə qarşı təzyiqlər hər zaman olub. Həbs
olunmaq təhlükəsi indi də var. Ancaq mən öz prinsipial mövqeyimdən geri çəkilən
deyiləm. Hətta zaman-zaman mənə qarşı sui-qəsd də hazırlamaq istəyiblər”.

Qeyd edək ki, yanvarın 23-də ölkənin bir
sıra aparıcı qəzet və saytlarına “yuriykot@mail.ua” ünvanından audioyazı gəlib.
Audioyazıya əlavə edilən qeyddə bildirilir ki, ABŞ fondları Azərbaycandakı
qeyri-hökumət təşkilatlarını ölkədə “hakimiyyət çevrilişi məqsədi” ilə maliyyələşdirmək
fikrindədir. Audioyazıda özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən
Yevgeni adlı şəxslə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və
Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xaqani Hüseynov arasında telefon
danışığı əks olunub. Telefon danışığında Yevgeni”demokratik inqilaba kömək”ifadəsini
işlədərək, Azərbaycanda bir neçə qurumla əməkdaşlıq etmək istədiklərini
bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3622

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930