ARDNŞ-in kütləvi ixtisarlar üçün “yol xəritəsi”


arapdığı struktur islahatları nəticəsində ixtisara düşən işçilərlə bağlı
proqram qəbul edib. “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə
sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin
olunması” adlı proqramda bildirilir ki, bazar iqtisadiyyatı
prinsiplərinə, nüfuzlu beynəlxalq audit şirkətlərinin tövsiyələrinə,
habelə ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq
müəyyənləşdirilən həmin proseslərin təkmilləşdirilməsi, bir qayda
olaraq, idarəetmə strukturunda müəyyən dəyişikliklərin aparılmasını
şərtləndirir.
Bu dəyişikliklər isə öz növbəsində bəzi müəssisələrdə əmək şəraiti
şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin sərbəstləşməsinə
səbəb olur. İnsan resurslarının idarə edilməsində yeni standartların
yaradılması, bu standartlar vasitəsilə sərbəstləşən işçilərin Şirkət
sistemində iş yerləri ilə təmin olunması, onlara müxtəlif proqramlar
üzrə müavinətlərin ödənilməsi kimi tədbirlər bu istiqamətdə atılmış real
addımlardandır.
Qeyd olunur ki, müvafiq situasiyalarda müstəsna hal kimi orta aylıq
əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə
ARDNŞ-nin və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin müvafiq Əmr-Qərarları qəbul edilib.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari
Qəhrəmanlı “Bizim Yol”a açıqlamasında bildirdi ki, sözügedən proqram
səriştəsiz insanlar tərəfindən hazırlanıb: “Proqrama əsasən, verilən
əmrin və yaradılan komissiyanın aşağılarda gedən ixtisarlara heç bir
aidiyyəti yoxdur. Sənədin işlənməsi üçün heç bir mexanizm yoxdur, sadəcə
olaraq bir siyasətdir və bu siyasət səhv nəticə verəcək”.
M.Qəhərmanlı əlavə etdi ki, aşağı yerlərdəki işçiləri proqramda
iştirak etməyə icazə vermirlər, onlara əməkhaqının 5 mislinin götürərək
işdən azadolunma ilə bağlı ərizə yazdırtdırırlar: “Təşkilatımıza
Siyəzən, Şirvanın kompleks qazma işləri trestlərindən hər gün şikayət
daxil olur. Şikayətlərdə deyilir ki, onlara əmək haqlarının 5 mislini
götürərək ərizə yazmağa məcbur edirlər. Bu ərizəni yazan işçi itirir,
şirkət isə qazanır. Şirkət rəhbərliyi hesabat verəcək ki, işçilərin
özləri proqramda iştirak etməkdən imtina edib, könüllü ərizə yazıblar.
İşçilərə verilən pul kompensasiya xarakter daşımır, sadəcə olaraq
məvaciblərinin 5 ayı birdən verilir ki, bu zaman 30 faiz vergiyə cəlb
ediləcək. Buradan işçilər həm də böyük məbləğdə pul itirəcək”.
“Proqrama görə, ixtisara düşən işçilər Dövlət Neft Şirkətinə müraciət
etməlidir. Onlar yaradılan komissiyalar tərəfindən imtahan edilərək
başqa idarələrdə yerləşdirilməlidirlər. Burada başqa idarələr deyiləndə,
haranı nəzərdə tutmaları maraqlıdır. İxtisara düşənlər- qazmaçılar,
geoloqlar, geofiziklərdir. Bu şəxslər Dövlət Neft Şirkətindən ayrı hansı
idarələrdə yerləşdiriləcəklər? Guya onlara iş təklif ediləcək, alınmasa
bir il əmək haqlarının 50 faizini alacaqlar. Burada işçi yenə də
itirir. Ayda 150-200 manat almaqla, ilin sonunda da elə iş təklif
ediləcək ki, mütəxəssislər məcbur olub imtina edəcəklər. Sonra da SOCAR
bəyan edəcək ki, iş təklif olunsa da, qəbul edilməyib”. M.Qəhrəmanlı
qiymətləndirmə zamanı ədalətsizliyə yol verildiyini, qeyri-şəffaf həyata
keçirildiyini vurğulayır. Onun sözlərinə görə, suallar təyinatına uyğun
verilmir. Bəzən neft sektoruna aid olmayan suallar verilir.
M.Qəhrəmanlıya görə, qiymətləndirmədən əsasən, tapşırılmış şəxslər keçə
bilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3625