Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib

25.01.2014 - 13:33

Jurnalist ürəyindən və gözündən müalicə alır
 

Jurnalist ürəyindən və gözündən müalicə alır
 

Dünən Bakı Apelyasiya Məhkəməsində jurnalist və hüquq müdafiəçisi
Pərviz Həşimlinin ev dustaqlığına buraxılmasına dair şikayətə baxılıb.
Məhkəmə iddianı təmin etməyib. Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib. O,
gözündən və ürəyindən müalicə alır.
Vəkil əlavə edib ki, jurnalistin
işi üzrə heç bir istintaq hərəkəti aparılmır. Müdafiəçi həmçinin Pərviz
Həşimlinin qanunsuz həbsi, onun barəsində seçilmiş həbs-qətimkan
tədbirinin girov və ya ev dustaqlığı ilə əvəz olunmaması kimi
məsələlərlə bağlı Avropa Məhkəməsinə şikayət hazırladığını bildirib.
Xatırladaq
ki, qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunan Pərviz
Həşimli “Bizim Yol” qəzetinin parlament müxbiri, “moderator.az” saytının
təsisçisi olub. Beynəlxalq təşkilatlar isə bu ittihamların saxta
olduğunu ehtimal edərək, Pərviz Həşimlini “vicdan məhbusu” elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=3629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031