Leyla Yunusdan onu ittiham edənlərə maraqlı cavab

25.01.2014 - 13:39

“Elələrinin fikirlərini oxusam, öz işimlə məşğul olmağa vaxtım qalmaz”

 

“Elələrinin fikirlərini oxusam, öz işimlə məşğul olmağa vaxtım qalmaz”

 

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun Azərbaycanda
repressiyaya məruz qalanlar, o cümlədən siyasi məhbuslarla bağlı
açıqladığı siyahı hökuməti həyəcanlandırıb. Təsadüfi deyil ki, artıq
Leyla Yunusa qarşı hücum kampaniyasına start verilib.
Deputatlardan
Azay Quliyev bildirib ki, Leyla Yunusun açıqladığı məlumatlar qərəzlidir
və məqsədyönlü şəkildə həyata keçirilir: “Onun üçün məqsəd məhbusların
taleyi deyil, biznesdir. Çünki bu işi biznesə çevirib. Hesab edirəm ki,
bu gün heç bir məhbusun Leyla Yunusun müdafiəsinə ehtiyacı yoxdur”.
Digər
deputat Zahid Oruc isə Leyla Yunusu “90-cı illərdən bəri əsas
fəaliyyəti anti-Azərbaycan planı üzərində qurulan şəxs” adlandırıb:
“Leyla Yunus və onun kimiləri özləri üçün əlavə üstün hüquqi meydan
düzəldirlər. Elə hesab edirlər ki, bunların iddiası ilə kimlərsə
buraxılmalıdır. Bu halda, dövlət qurumlarının funksiyası, səlahiyyətləri
nədən ibarət olacaq? Leyla Yunusun missiyası kəşfiyyat orqanlarının
fəaliyyətindən heç nə ilə fərqlənmir”.
Leyla Yunus isə deputatların
onun ünvanına səsləndirdiyi fikirlərə cavab verməyə ehtiyac duymur.
Deyir ki, ümumiyyətlə, o cür adamların açıqlamalarını oxumur: “Avtoritar
rejimlə işləyənlərin dediklərini oxusam, öz işimi görməyə vaxt
tapmaram. Buna görə də onların söylədiklərini  oxumuram və oxumayacağam.
Mənə elə bu gün Qubada tutulanlardan üç nəfərin adını söylədilər. Eləcə
də Qarabağ veteranının Bayılda yaşadığı binanın sökülməsilə bağlı
vəziyyətlə tanış olmuşam, Abutalıbovu məhkəməyə vermək istəyən şəxslərin
prorblemlərilə məşğul olmuşam. Mən hüquq müdafiəçisi kimi, işimlə
məşğulam və bundan kənarda hansısa çıxışlara önəm vermirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3630

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031