Sumqayıtdakı vəhhabilərin lideri danışdı

25.01.2014 - 16:13

Sumqayıtdakı vəhhabilərin lideri danışdı“Ermənilərin kafir olmasında ixtilaf yoxdur”

 
Bizimyol.info şəxsi evini vəhhabilərə ibadət etmək üçün verən və
vəhhabilərin lideri kimi tanınan Zöhrab Şıxəliyevin xeberle.com-a
müsahibəsini təqdim edir: 

Zöhrab
Şıxəliyev hələ müsahibəyə başlamamışdan öncə belə söylədi: “Mən
Sumqayıtda sələfilərin lideri deyiləm, sadəcə Allah mənə qismət edib,
mən də üçmərtəbəli evimi onlara ibadət etmələri üçün istifadəyə verən
sadə bir müsəlmanam”

–  Siz ilk öncə bizə məlumat verərdiniz, sələfilər kimlərdir?


Bismilləhir rəhmanir rəhim. Sələfilər peyğəmbərimizin və onun
səhabələrinin ardınca gedən tabinlərdir, əttabinlərdir. İndiyədək doğru
və düzgün başa düşüb əməl edib fəhmlə, hikmətlə onun ardıcılı olanlar
sələfilər adlanır. Sələf sözü deyiləndə Peyğəmbər  başa düşülür. Çünki
sələf – yəni bizdən qabaqkılardır. Biz özümüzə sələf deyəndə utanırıq.
Çünki onların əxlaqı o cür gözəl olub ki, kafir, yəhudi, nəsrani,
bütpərəst – hamısı İslamı qəbul edib. Əxlaqı ilə İndoneziya indi ən çox
müsəlman olan ölkələrdəndir. Bugünkü gündə elə olur ki, İslamdan xəbəri
olmayan, özünü müsəlman adlandıran insan sələfiliyə nisbət edir, amma
əslində, o, sələfilikdən uzaq olan radikal qruplardan olur.  Bunlar elə
bir hərəkət edirlər ki, özünü müsəlman adlandıran cahil insan da gedir
ya nəsraniliyi qəbul edir, ya yəhudiliyi, ya da ki gedir nəyəsə itaət
edir ki, təki buna müsəlman deməsinlər. Eynilə həmin bu vəziyyət
şiələrdə də var. Həqiqi şiələrlə həqiqi sələfilərin heç bir ədavəti
yoxdur. Onların içində də radikal rafizilər var. Necə ki, bizdə
xəvaricilər özlərini sələfiliyə nisbət eləyir, eləcə də şiəlikdə
rafizilər özünü şiəliyə nisbət edib radikallıq edirlər. Cavabını birbaşa
deməyəcəyim sual onur: niyə?! Amma sələfilər elə deyil. Sələf qonşusu
yəhudi, nəsrani olsa da, onu ziyarət etməlidir. Sələfin qonşusu kafir
olsa belə, xəstələnibsə, onu ziyarət etməlidir, acından ölürsə, ona
yemək bişirib gətirib verməlidir. Təbii məqsəd odur ki, İslamın
gözəlliyin ona göstərəsən. Əsl sələfi onu yaxşı əməllərə, İslama dəvət
etməlidir. Hətta valideyni kafir olsa belə, ona “uf” belə deməməli,
qayğı göstərməlidir.  Qoca vaxtında altını batırıbsa, onu
təmizləməlidir. Təkcə Allah və onun rəsuluna asilikdə itaət yoxdur.

– Sizlərdə cihad deyiləndə nə başa düşülür?


İlk növbədə ən böyük cihad nəfsə qarşı olan cihaddır. Buna qələbə çalan
digərlərini də qazanacaq. Döyüşdə sələfilərə geri qaçmaq olmaz.
Şəriətdə başqa ibadətlərin qaydaları olduğu kimi döyüşün də, ən
fəzilətli əməl olan cihadın da şəriət qaydaları var.

Birinci,
hakimin və valideynlərin icazəsi olmalıdır. Hakim, əmr sahibi kimdir
Azərbaycanda, o, icazə verəndə döyüşə gedilir. İcazə vermirsə,
getməməlisən. Valideyn icazə vermirsə, getməməlisən.  Sələfin qaydası –
minhəci (vaxtında zamanında edilən əməllər, hərəkətlər başa düşülür)
var.  O qaydanı peyğəmbərimiz (s.a.s.) qoyub, onun səhabələri və hansı
ki, bu vaxta kimi gələn doğru-düzgün olan alimlər. Allah sübhanatəala
bizi azmaqdan qorusun.


Sizi Azərbaycanda daha çox qamətçi, Qamətin (Əbu Bəkr məscidinin imamı
Qamət Süleymanov nəzərdə tutulur- red.) ardıcılları hesab edirlər.
Elədirmi?


Qamət bizim qardaşımız, elm tələbəsidir. Biz elmi tək ondan yox, Adil
Rəcəbovdan, Ömərdən, Useyid Turabovdan, Elman Qasımovdan, Samindən və
sairlərdən öyrənirik. Maşallah o qədər elm tələbəmiz var ki! Hətta
onların içindən hansısa Quran və sünnəyə müxalif hərəkət etsə, nəsihət
olunacaq, özlərini düzəltməsələr, tərk ediləcəklər. Biz onları
ilahiləşdirməmişik. Bizə örnək Peyğəmbərimiz Məhəmməddir (s.a.s.). Əgər
Qamət yolunu azsa, ona da nəsihət olunacaq.  Özünü  düzəltməsə, tərk
ediləcək.  Bizə örnək peyğəmbər əfəndimiz Məhəmməddir (s.a.s.)!

– Belə çıxır ki, siz hakim dedikdə ölkə rəhbərini – prezidenti nəzərdə tutursunuz…


Bəli, əmr sahibi prezidentimizdir. Ərəbistanda əmr sahibi deyirlər.
 Misirdə başq cür deyilir, Avropada başqa cür. Azərbaycanda prezident
deyilir. Ümumiyyətlə hakim. Ölkənin hakimi bu dəqiqə hansısa bir məsələ
ilə bağlı göstəriş versə, həmin iş yerinə yetirməlidir. Təbii ki, burada
Quran və sünnəyə asilik istisnadır. Əgər hakim bizi Quran və sünnəyə
asiliyə məcbur etsə, itaət etmirsən, amma ona qarşı da qalxmırsan. Mən
Corat qəsəbəsində yaşayan bir əhli-sünnə və cəmaatdən olan əqidədə,
minhəcdə sələfi olan adi bir müsəlmanam. Azərbaycanda başçı, hakim,
əmiri ALLAH sübhanatəalanın təyin etdiyi İlham Heydər oğlu Əliyevdir.
Hətta Qurani-Kərimdə Nisa surəsi 59-cu ayədə buyurulur: “Ey iman
gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr)
sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha
və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin.
Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.”. Təfsiri belədir ki,
Allah əmr edir: içinizdən olan əmr sahiblərinə itaət edin.


Bəs dini lider saydığınız birisi, yaxud sizin dillə desək, çox hörmətli
elm tələbələrindən biri hakimə itaət etməmə göstərişi verərsə, onda
necə? Yaxud Azərbaycanda deyil, başqa bir ölkədə döyüşməyə getməyi
tövsiyə etsə necə?


Allah və rəsulu müsəlman hakimə qarşı qalxmağı haram edib, itaət etməyi
əmr edib. Şeyx məsum deyil, hər bir insan xəta edəndir. Sabah şeyx desə
ki, tutalım, belədir, amma bu, Allahın rəsulunun dediyinə ziddirsə, biz
bunu etməməliyik. Şeyx desə ki, hakimə qarşı qalx. Şeyxin sözü rədd
edilir. Sən deyirsən ki, şeyx, əmr sahibi Allah sübhanatəala onu hakim
təyin edib. Peyğəmbər deyir ki, əmr sahibləri kürəyinizdən vurub
əlinizdəkiləri alsa belə, eşidin və itaət edin. Səhabə deyir ki, ya
rəsul, biz nə edək, ona qarşı qalxaq? Deyir ki, qalxan bizdən deyil. Əmr
etdiklərinə tabe ol. Yenə təkrar edirəm, Quran və sünnə istisnadır.
Amma öz haqqını Allahdan istə. Bizə bugünkü gündə əmin-amanlığı verən
Allaha həmd olsun. Azərbaycan ölkəsi əmin-aman ölkələr içərisində demək
olar ki, birincilərdəndir. Allah sübhanatəala buranı qorusun. Yenə
deyirəm, hakim deyəndə ancaq əmr sahibi götürülür. Şeyxlərdir,
mollalardır, imamlardır – bunlar sadəcə olaraq elmli insanlardır.
Bugünkü gündə bizim içərimizdə – əhli-sünnədə elə elmli tələbələrimiz
var ki, sələf minhəcində deyillər. Elmli adamlardan yaxşı əməlləri,
yaxşı şeyləri götürmək lazımdır. Quranı və sünnəni öyrənmək lazımdır.
Dinimiz nəsihətdir. Yəni şeyxləri şişirtmək, ilahiləşdirmək məsələsi
bidətçilərdədir. Misalçün, Xomeyni ağa belə dedi, belə olmalıdır. Bizdə
elə şey yoxdur. Azərbaycan Respublikasında bir hakim var.


Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, uzun saqqal saxlayan, qısa
şalvar geyinən vəhhabilərdir. Ümumiyyətlə vəhhabilər kimlərdir? Hər
saqqal saxlayanı vəhhabi, radikal adlandırmaq olarmı?


Bu, düzgün fikir deyil.  Üzü qırxılı o qədər əxlaqsız kişilər var ki,
pis əməllərlə məşğuldurlar. Demək olarmı ki, bütün üzü qırxılı kişilər
əxlaqsızdırlar? Demək olmaz, düzdürmü? Saqqallı terorçu da var, saqqallı
dələduz da. İbrət kimdir? Peyğəmbərimiz, İmam Əli, İmam Hüseyn – biz
onları ibrət götütürük. Peyğəmbərin (s.a.s.) sünnəsinə uyğun olaraq
bütün kişilərə topuqdan yuxarı geyinmək həvalə olunub, mən də ona əməl
edirəm. Əlhəmdülillah! Bütün dini kitablarda da var. İstər şiəsi olsun,
istər sünnisi olsun. Mən bu sünnəyə itaət etdiyimə görə, mənə belə
deyilir. Bunu Mühammed ibn Abdulvahab deməyib. Onun heç bir kitabında
yoxdur ki, saqqal saxlamalısan, topuqdan yuxarı geyinməlisən. Arayın,
axtarın, onun kitabında belə şeylər yoxdur.  Əgər kimlərsə bunu bilmək
istəyirsə, Peyğəmbərdən (s.a.s.) gələn səhih hədislərə baxsın, Buxaridə
də var, Müslümdə də. Bunlar əhli-sünnənin mötəbər alimləridir. Onlar da
kimdən deyir. Allah rəsulundan – peyğəmbərimizdən deyir. Bu, şiə
məzhəbində də var. Saqqal saxlamaq, topuqdan yuxarı geyinmək. Üzr
istəyirəm, qadınlara topuqdan aşağı geyinmək, kişilərə topuqdan yuxarı
geyinmək. Allahın Peyğəmbərinin (s.a.s.) əmridir. 

 –
Bildiyimiz kimi, ötən il Sumqayıtda, 6-cı mkr.-dakı məsciddə əhli-sünnə
ilə şiələr arasında anlaşılmazlıq olmuşdu. Bu nə ilə bağlı idi?


   Bəli, cənab prezidentin sərəncamı ilə təmir etdirdiyi Sumqayıt Cümə
Məscidində təmirdən sonra ibadətə getmişdik. Özünü sələfiliyə nisbət
edən ancaq xəvaric fikirli insanlar olan kimi özünü şiə adlandırıb
onlardan uzaq olan radikal rafizilər bizim orada ibadət etməməyimiz üçün
hər cür yola əl atdılar. Biz də fitnəyə getməmək üçün geri çəkildik.
Məscidlə bağlı aiddiyyəti qurumlara müraciət etmişik. Dini Qurumlar üzrə
Dövlət Komitəsinə müraciət olunmasına baxmayaraq, hələ də Sumqayıtda
əhli-sünnə məscidi yoxdur. Biz də fitnə-fəsadın olmaması üçün mənə
məxsus olan Corat qəsəbəsindəki evimdə sələfilərin ibadət etməsinə icazə
vermişəm. Təki ölkəmizdə qarşıdurma yaranmasın, əmin-amanlıq olsun.
Buna baxmayaraq, bəzi müxaliflər bizim orda da ibadətimizə birmənalı
baxmır, məktubumuz cavab verməyərək, başqa elektron portalların
vasitəsilə – misalçün, islamaz.com – böhtan ataraq ləkələməyə
çalışırlar. Cənab prezidentə çatan bütün məktublardan müsbət cavablar
gəlib. Dini Qurumlar üzrə Dövlət Komitəsinə gedən məktubların isə heç
birinə cavab gəlməyib. Ancaq komitəyə gedən məktubumuzun islamaz.com-a
məzmunu ötürülüb.

Bəli,
o zaman bizə mane oldular məsciddə namaz qılmağa. Fitnəyə getmədik,
geri çəkildik. Məscidlə bağlı aidiyyəti qurumlara müraciət etmişik.

Düzgün
maarifləndirilmə işlərinin aparılmaması bu kimi problemlərə gətirib
çıxarır. Bu yaxınlarda “islamaz.com” saytında yazılıb ki, qonşularım
məndən şikayət ediblər. Sual edirəm ki, hansı qonşu? Gəlib qonşularımdan
soruşa bilərsiniz.


   Ötən ilin sonlarında Sumqayıtda 10-cu mikrorayonunda baş verən
atışmada sələfi və  xəvariclərin adları hallandı. Buna münasibətiniz?

–  Bunlar bizə aid deyil. Mən sizə tam məsuliyyətimlə deyirəm, orda sələfi olmayıb.

–  Suriyada döyüşən azərbaycanılara münasibətiniz necədir? 


 Yuxarıda dediyimiz kimi, biz özümüzü sələfiyə nisbət edirik. Müvafiq
orqanlar bilir ki, sələfilər Coratda Zöhrabgildə yığışır. Orada vuruşan
dəstələrin arasında sələfilərin adının hallanması doğru deyil. Suriyada
vuruşanların bizə heç bir aidiyyəti yoxdur. Bizə şərait yaradan və
ibadətimizə imkan yaradan məmurlara təşəkkür edirik. Suriyada olan
müsəlmanlara isə Allah kömək olsun. Qarabağ kimi böyük problemimiz var.
Ermənilərin də kafir olmasında ixtilaf yoxdur. Lazım gələrsə, ali baş
komandan cənab İlham Əliyevin əmri ilə nəinki Qarabağı, elə Göyçə
mahalını da alıb orada Heydər məscidi tikdirməyə hazırıq. Dini qurumlar
komitəsi icazə versə əgər..? Verməsələr, orda da inşallah bir üçmərtəbə
ev tikdirib Heydər məscidi edib Allaha ibadət etmək üçün sələfilərə
hədiyyə etməyə hazıram. Yenə deyirəm, əmr veriləndə gedib Qarabağda
döyüşmək lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3634

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031