Azadlığa çıxan vicdan məhbusu şok faktlar səsləndirdi
Rəsul Mürsəlov həbsinin əsl səbəblərini, hakimiyyətin mərkli planını ifşa etdi
Bu gün saat səhər saatlarında vicdan
məhbusu, cəbhəçi fəal Rəsul Mürsəlov həbsdən azad olub. 14 saylı
cəzaçəkmə müəssisəsinin qarşısında Rəsulu dostları qarşılayıb.
Rəsul Mürsəlovun həbsi bizim siyasi fəallara yönələn qurama
ittihamlarla oxşar və daha idbar olsa da o zaman bu fakt diqqətdən
kənarda qalıb. Buna əsas səbəblərdən biri onun həmin zamanlar üzv olduğu
ADP-nin ifrat ehtiyatlı mövqeyi olub. O mövqe sonradan Rəsulun siyasi
əqidəsinin yenidən müəyyənləşməsinə-Xalq Cəbhəsinə keçməsini
şərtləndiririb. Bu haqda sonra…
Hədələr
1985 təvəllüdlü Rəsul Mürsəlov siyasi
aktivliyə 2012-dən başlayıb. O zaman, “Eurovision” yarışı ərəfəsi
keçirilən aksiyalara qatılır, ciddi təbliğat işləri aparır. 21 apreldə
razılaşdırılımış aksiya üçün dəvətnamələrə payladığına görə polisin
böhtanına tuş olub inzibatı qaydada həbsə atılır. Həbsdən sonra da o
dayanmır, ara-bir rayona (Balakən) gedəndə zaqataladakı gənxc dostları
ilə görüşür, onları siyasi fəallığa cəlbe tmək üçün söhbətlər aparır.
Onun bu fəaliyyəti hakimiyyətin diqqətini çəkir. Bir neçə dəfə atasına
xəbərdarlıq edilir ki, oğluna “ağıllı olmağı” tövsiyyə etsin. Atası isə
deyir ki, onun hərəkətlərində qanunsuz bir şey varsa, deyin, birgə
tədbir görək, yox bu ancaq siyasi baxışlara görədirsə sizin ona
qarışmağa haqqınız yoxdur.
Daha sonra lap açıq təhdid gəlir: “Rəsulun ayağını Bakıdan yığ, yoxsa cibindən narkotik “çıxacaq””.
Ancaq bu təhdidlərin heç biri təsir göstərmir.
Qaramaskalıların hücumu
18 iyul 2012 tarixdə Rəsul türkiyəli
Alirza adlı dostu ilə Balakəndəki evlərində dincələrkən günorta
saatlarında evə qara maskalılar hücüm edir. “Bizi döyə-döyə başına
basdılar. Əllərimizi üzümüzü bağlamışdılar. Heç kim də demirdi ki bizi
niyə tutublar, günahımız nədir. Bizi hələ indiyə qədər də hara olduğunu
bilmədiyim, ehtimalən rayon MTN-nin binasına gətirdilər. Orda bizi
ayırdılar. Yeddi gün orda saxlanıldım və hər gün işgəncə altında qaldım”
Rəsul deyir ki, yeddi gün boyunca ona
nə qidalanmağa normal şərait yaradıblar, nə də yatmağa. Heç yaxınları,
vəkili ilə də əlaqə saxlamağa imkan verilməyib:
” Günün saatlarından belə xəbərsiz idim. Ancaq yeməyəoxşar bir şeyi
gətirəndə təxmin edirdi indi günortadır, yaxud axşam. Yemək verəndən
sonra da döyülmə başlayırdı. Əsasən ayaqlarımızn altına vururdular.
Döyülməkdən ayaqlarım şişmişdi”.
Bəs onu niyə döyüblər?
Rəsulun sözlərinə görə bütün
işgəncələrin tək səbəbi özünə böhtan atmamağı olub: “Məndən tələb
edirdilər ki, deyim ki, müxalifətlər zaqataladakı radikal dindar qruplar
arasında əlaqə yaradırıam, burda insanları iğtisasa qaldırmaq üçün
fəaliyyət göstərirəm və s. Onlar təlbə edirdi ki, əlaqə saxladığım
adamların adın verim və s. Bir sözlə məni vəhabilərlə iş birliyində
görürdülər.
Bunlar hamısı iftira idi, buna görə hamısını rədd etdim”.
“Sərhəd pozma”
7 gündən sonra Rəsulu yenədən döyüb maşına salıb başqa yerə gətirirlər. O artıq buranı tanıyır: Zaqatala baş sərhəd məntəqəsi…
” Orda da məni döydülər sonra isə üzümə gülə-gülə dedilər: Rəsul, sən
sərhədi pozub Gürcüstana qaçırdın biz də səni tutduq. İndi bunları
səmimi etiraf et, izahatına yaz, işini güngül edən. Yazamasan daha ağır
maddələr səni gözləyir”
Rəsul bu təklifdən də imtina edir, bildirir ki baş verənlər onun siyasi düşüncəsinə görədir.
Keçirilən bütün məhkəmə proseslərində onun gətirdiyi dəlilər
eşidilmir, istintaq və məhkəmə əlbir olaraq gənc fəala qurama ittihamlar
əsasında (sərhəd pozma maddəsi ilə ) il yarım cəza kəsirlər. Rəsul bu
işi Avropa Məhkəməsinə çıxarmaq ərəfəsindədir.
Uğursuz zəhərləmə
Cəzaçəkmə müəssisəsindən danışan
Mürsəlov deyir ki, orda məhkumların siyasilərə yüksək diqqəti olsa da,
müəssisə rəhbərliyi qəddarlığı ilə seçilib. Dəfələrlə Rəsula qarşı
təxribat hazırlanıb, hətta bir dəfə onu yeməklə zəhərləmək də
istəyiblər, alınmayıb.
“Yeməyin birincə qaşığından qəribə dad hiss elədim. Başımın üstündə
də həmişə olmayan kimi çoxlu nəzarətçinin olması şübhəmi artırdı,
qaşıqla qabın dibindən yaşıl bir maddə tapdım. Onu götürüb qalxdım rəsi
Nazim Kəngərlinin yanına. Dedim indi də belə üsula əla atırsan, nədi bu
zəhər. O da dedi hə, bu zəhərdir, yəqin dustaqlar sənə qarşı təxribat
hazırlayır, ona görə səni qorumaq üçün gərək karsa salım”.
AXCP xofu
“Həbsə ADP-çi kimi girmişdim. Amma
həbs müddətində mənə olan tam biganə münasibət, eləcə də partiyanın real
müxalifət mövqeyindən çəkilməsi, təslimçi siyasət aparması, Milli Şura
ideyasına qarşı durması məni düşünməyə vadar etdi. Beləliklə mən
müxalifətin avanqard təşkilatı, prinsipial mübarizə yolu tutan AXCP-ni
seçdim. Mən hələ partiyaya üzvlük üçün ərizə yazmazdan əvvəl Əli
Kərimliyə məktub yazmışdım, niyyətimi demişdim. Bundan əl altından xəbər
tutuan rəsi məni söhbətə çəkdi, məni əməllicə danlayırdılar ki, niyə
ADP-dən çıxırsan, Əıi Kərimlini, AXCP seçməyə nə ehtiyac var və s. Aşkar
görünürdü ki, mənim Cəbhəni seçməyimdən qorxuya düşüblər. Hesab edirəm
ki doğru yol tutmuşam, bunu həyat da hər gün sübut etməkdədir”.
Əfv ərizələri
“Siyasi məhbuslara yönələn işgəncə
metodlarından biri əfv ərizələrindir. Mənimlə, eləcə də yəqin başqaları
ilə aydan iki dəfə əfv yazmaq barədə söphbət aparılır. Əfvərizəsi almaq
üçün hədə də gəlinir, dilətutma da olur. Bu seççi vaxtı xüsusən
aktuallaşır. Mənim atamıd a bu işə qoşmaq istəyirdilər. Hamısına rədd
cavabı verdim. Bu gün həbsdə olan vicdan məhbusu qardaşlarıma demək
istəyirəm ki, onlar da hiyləyə düşməsinlər, bu mübarizə yoluna sədaqətli
olmaq lazımdı”.
Davam…
“Həbsimlə məni mübarizədən çəkindirmək
istəyənlər səhv etdilər. İl yarımlık həsb məni daha da mətnləşdirdi.
Prosesləri kənardan analiz etməyə, çoxlu oxumağa, ağır sınaqlardan
keçməyə bir fürsət oldu bu həbs. Xeyli qeydlərim var, yaşadıqlarımla
bağlı kitab da yazmağa qərarlıyam.
Mübarizəm əvvəlkindən daha sistemli və daha güclü olacaq. Buna heç
kimin şübhəsi olmasın, dərin inamım da var ki tutduğumuz bu yol tezliklə
bizi qələbəyə də çatdıracaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3635