Nazirliyin idarə rəisini ölümlə hədələyib 200 min manat istədilər

25.01.2014 - 16:23

Bakıda quldurluqla məşğul olan şəxslər yaxalanıb. Daxili İşlər
Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər
məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə
Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib, 200.000
manat pul tələb ediblər. Hər iki şəxs aparılmış əməliyyat tədbirləri
nəticəsində tutulub.
Hədələnən Mirzəyev Mirzə Rəşid oğlu Maliyyə
Nazirliyi 5 saylı Xəzinədarlıq İdarəsinin rəisidir. O, daha əvvəl Xəzər
və Xətai rayonlarında maliyyə idarələrinə rəhbərlik edib.
Bildirilir
ki, M.Mirzəyev ona edilən təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına
məlumat verib. Bundan sonra əməliyyat tədbirləri həyata keçirilib,
Mirzəyevi və ailə üzvlərini öldürməklə hədələyən şəxslər müəyyən
edilərək saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3636

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930