Kiyevdə fəallar nazirlik binasını ələ keçirib

25.01.2014 - 16:27

Ukraynada müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını da ələ keçirib

Ukraynada müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını da ələ keçirib
 

Kiyevdə müxalifət fəalları Ukrayna Enerji və Kömür Sənayesi Nazirliyinin binasını ələ keçirib.

Bu barədə yerli “5-ci kanal”a “Ümumi iş” adlı
təşkilatın koordinatoru Aleksandr Danilyuk məlumat verib. O bildirib ki,
nazirliyin mühafizə xidməti fəallara müqavimət göstərməyib.

Bundan əvvəl “Ümumi iş”in fəalları Aqrar Siyasət Nazirliyinin
binasını da ələ keçirib. Hər iki bina Müstəqillik meydanının
yaxınlığında, Kreşşatikdə yerləşir.

Ukraynada müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını da ələ keçirib.
Bunu müxalif
“Batkivşina” fraksiyasının üzvü, deputat Andrey Şevçenko bildirib.
Onun sözlərinə görə, binada partlayış səsləri eşidilib, gözyaşardıcı qazdan istifadə olunub.
“Vilayətin rəhbər şəxslərini xalqın yanına çıxarırıq”, – deyə deputat “Twitter”dəki səhifəsində yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930