Azərbaycanlı rəssamın 4 milyon avroluq əsəri
Azərbaycanlı rəssam Nazim Hacıyevin rəsm əsəri 4 milyon avroya satışa
çıxarılıb. Rəssam əsərin üzərində
bir il ərzində hər gün 10 saat işləyib. Yağlı boya ilə çəkilən “Dinlər
tarixi”nin qiyməti 4 milyon 500 min avrodur.
N.Hacıyevin Çikaqo, İsveç, Finlandiya, Almaniya, Rusiya, Yaponiya və
Türkiyədəki şəxsi kolleksiyalarda əsərləri yer alır. O, 21 il öncə
Antaliyaya köçüb və 2011-ci ildə Türkiyə vətəndaşı olub.
Hacıyev “Dinlər tarixi” əsərini 1997-ci ildə ərsəyə gətirib. Yağlı boya
ilə çəkilən əsər dünyada bu günə qədər var olan 5 dinin özəlliklərini,
müqəddəs məkanları və yaşayış tərzlərini əks etdirir. Əsər bu günə kimi 3
dəfə sərgilənib.
Azərbaycanlı rəssam “Anadolu” xəbər agentliyinə açıqlamasında rəsmə
marağının uşaq vaxtı atası ilə getdiyi bir sərgidən sonra başladığını
deyib. O, Azərbaycan Dövlət Kinomatoqrafçılar ittifaqında rəssamlıq
etdiyini və müxtəlif filmlərin dekorasiyasının hazırlanmasında iştirak
etdiyini qeyd edib.
“Özümü tanıyandan şəkil çəkirəm. Siqaret çəkən necə bu vərdişi tərgidə bilmirsə, mən də rəsm çəkməyəndə özümü pis hiss edirəm”.
Onun sözlərinə görə, tabloda həzrəti Adəm, Həvva, Məryəm, Nuh və Musa
peyğəmbərləri, Hitler, Stalin, Şekspir kimi dünya tarixinə adını
yazdıran şəxsləri də görmək mümkündür.
Short URL: http://www.cumhuriyyet.net/?p=3639