İlham Əliyevdən Dövlət Bayrağına sayğısızlıq

25.01.2014 - 20:14

Azərbaycan dövlət başçısı İsrail liderləri ilə görüşü yəhudi bayrağı altında keçirilib

 
Prezident İlham Əliyevin Davosda İsrail Dövlətinin Prezidenti Şimon
Peres və bu ölkənin baş naziri Benyamin Netanyahu və ilə görüşündə
Azərbaycan bayrağının olmaması diqqət çəkib. Azərbaycanın president.az
saytına yerləşdirilən fotolarda İsrail rəsmilərinin başı üzrəində İsrail
bayrağı olduğu, İlham Əliyevin əyləşdiyi kreslonun arxasında isə
Bayrağımızın olmaması aydın görünür. Hətta Şimon Pereslə görüşdə
danışıqlar masasının üzrəində də təkcə İsrail bayrağı qoyulub.
Qeyd
edək ki, diplomatik qaydalara görə, “qalstuksuz” görüşləri, məsələn,
MDB dövlət başçılarının Soçi görüşləri kimi qeyr-rəsmi formatlı
görüşləri çıxmaqla, dövləti təmsil edən şəxslərin bütün görüşlərində
bayraq asılmalıdır. Bayrağın asılmaması və ya tərsinə asılması
diplomatik dildə hörmətsizlik sayılır.

Eyni
hal ötən ilin aprel ayında Prezidenti Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin İrana səfəri zamanı da baş vermişdi. PA rəsmisinin Tehranda
İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad və İranın Milli
Təhlükəsizlik üzrə Ali Şurasının sədri Səid Cəlili ilə keçirilən
görüşündə Azərbaycan bayrağının asılmaması diqqətdən yayınmamşdı.
İranda, həmçinin Prezident İlham Əliyevin rəsmi səfəri zamanı Azərbaycan bayrağının tərsinə asılması da müşahidə edilmişdi. Yada
salaq ki, ötən ilin yanvar ayında hakim Yeni Azərbaycan Partiyasından
olan deputat Aydın Mirzəzadə Şimali Kipr Türk Cümhuriyyətində səfərdə
olarkən, parlament rəhbəri ilə görüşdə Azərbaycan bayrağının
asılmamasını əsas gətirərək ona göstərilən yerdə oturmaqdan imtina etmiş
və bunu görüş protokolları üçün bir qüsur saymışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3643

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031