Aclıq edən Qarabağ qazisi mətbuat konfransı keçirəcək
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, ABU-nun
sabiq rektoru Elşad Abdullayevin bacısı oğlu, Qarabağ müharibəsi
veteranı Azad Mürsəliyev mətbuat konfransı keçirəcək. Ölkədən çıxmasına
qadağa qoyulmasına etiraz olaraq yanvarın 22-dən Yasamal rayonu
Qutqaşınlı 9 unvanında aclıq aksiyasına başlayan
A.Mürsəliyev yanvarın 27-si saat 14:00-da diplomatik korpus, KİV, ziyalar və hüquq müdafiəçiləri üçün mətbuat konfransı keçirəcək.
A.Mürsəliyevin avtobioqrafiyası və Qarabağ savaşında iştirakı ilə bağlı
fotoları da yayılıb. Onları da təqdim edirik. Mursaliyev Azad Oqtay
oğlu 25 0ktyabr 1970-ci ildə Kürdəmir rayonun Atakişilli
kəndində qulluqçu ailəsində anadan olub. 1977-1987-ci illərdə
Kürdəmir rayon 13-saylı Dəmir Yol məktəbinin rus sektorunda
orta təhsil alıb. 29.11.1988-ci il tarixindən 21.11.1990-cı il
tariə qədər keçmiş SSRİ ordu sıralarında hərbi xidmətdə olub.
20.02. 1991-ci il tarixindən 27.12.1996-cı il tarixinə qədər
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı
olmuşdur. Azərbaycan Respublikasının erməni hərbi birləşmələri
işğal olunmuş torpaqları uğrunda, xüsusi ilə Şuşa şəhərinin
ətrafında yerləşən Kərgicahan, Kosalar, Meşəli, Ağdam rayonun
Abdal-Gülablı, Bağmanlı, Əfətli, Ətyeməzli, Əyaq Qərvənd, Baş
Qərvənd, Güllücə kəndlərində, Laçın, Qubadlı, Füzuli rayonlarında
gedən döyüşlərdə yaxından iştirak etmişdir. Qarabağ Müharibə
veteranıdır. 27.12.1996-cı il tarixindən 20.12.2002-ci il
tarixinə qədər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi
İdarənin Baş İdarəsinin Təhqiqat şöbəsinin Kriminalisti,
Azərbaycan Respublikası Hərbi Əks Kəşfiyyat Xidmətinin yerli
şöbələrində şöbə rəisi, əməliyyat müvəkkili, Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks Kəşfiyyat
Xidmətinin yerli şöbələrində əməliyyat müvəkkili vəzifələrində
xidməti vəzifəsini yerinə yetirib. 20.12.2002-ci il tarixdə
Azərbaycan Respublikası MTN-nin 1318 saylı əmri ilə “Hərbi
xidmət haqqında ” Azərbaycan Respublikası Qanuna əsasən
ehtiyyata tərxis olunaraq təqaüdə göndərilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3647