Həbs olunan gənclə bağlı bəyanat

25.01.2014 - 22:36

Ömər Məmmədovun oğurlanaraq, 1 sutkadan artıq gizlədilib

Yanvarın 24-də günorta saatlarında Axın hərəkatının həmtəsisçisi,
siyasi fəal və blogger Ömər Məmmədov bir qrup şəxs tərəfindən
saxlanılmışdır. Daha sonra Ömər Məmmədov məlumat verilmədən bilinməyən bir yerə
aparılmışdır. Yanvarın 24-də baş verən bu hadisə ilə bağlı ailəsi,dostları, həmçinin media
nümayəndələri gün ərzində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə,
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə, eyni
zamanda nazirliyin “102” Qaynar Xətt xidmətinə məlumat vermiş, Ömər Məmmədovun
kimlər tərəfindən həbs edildiyinin və ya oğurlandığının araşdırılması və onun
harada saxlanılması haqqında məlumat verilməsini tələb etmişdir. Lakin
aiddiyyatı orqanların heç biri gün ərzində Ö.Məmmədovun hansı qurum tərəfindən
həbs edildiyi və ya oğurlandığı və onun harada saxlanılması ilə bağlı məlumat
yaymamışdır. İctimaiyyətin baş verən bu hadisə ilə bağlı 1 sutkadan artıq məlumatsız
qalması, Ö.Məmmədovun həmin gün ərzində faktiki olaraq oğurlandığı fikrinin
ciddiləşməsinin ardından, nəhayət yanvarın 25-də Ömər Məmmədova Cinayət Məcəlləsinin
234.4.3-cü maddəsiylə cinayət işi açılması və barəsində həbs qəti-imkan tədbiri
seçilməsi və hazırda Şüvəlandakı təcridxanada saxlanılması haqqında açıqlama
verilmişdi. Qeyd edək ki,Ömər Məmmədovun oğurlanaraq, 1 sutkadan artıq gizlədilməsi
və baş verən qanunsuzluqla bağlı məsuliyyəti heç bir dövlət qurumunun üzərinə
götürməməsi qanunla qadağandır.

Axın maarifçı hərəkatı adından bəyan edirik,Ömər Məmmədov
ilə bağlı cinayət işi açılması ehtimalını nəzərə alaraq, məsələnin son ana qədər
diqqətdə saxlanılmasının zəruriliyini qeyd edərək, bu qanunsuz həbsi pisləyir və
bütün beynəlxalq və yerli təşkilatlardan, hüquq müdafiə institutlarından bu məsələ
ilə maraqlanmağı, obyektiv mövqe nümayiş etdirmələrini gözləyirik.

“Axın maarifçı hərəkatı”

Short URL: http://www.cumhuriyyet.net/?p=3649

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930