3 yaşlı azərbaycanlı uşağın inanılmaz istedadı
O vurma
cədvəlini əzbər bilir, rus,
ingilis və ərəbcə saymağı da bacarır
Azərbaycanda və dünyada öz istedadı ilə hər kəsi təəccübləndirən uşaqlar
yetərincədir. Belə istedadlı uşaqlardan biri də 3 yaşlı İsadır. Ona “balaca
alim” də demək olar. Çünki balaca İsa böyüyəndə elə alim olmaq istəyir. Cəmi 3
yaşı olsa da, İsa vurma cədvəlini əzbər bilir, onluqları, yüzlükləri,
minlikləri, hətta milyonları asanlıqla toplaya bilir.”Axar.az”ın
müxbirlərini qarşılayanda da qələmi əlində, yazı taxtası, silgisi, hesablayıcı
maşını da yanında idi.
Valideynləri deyir ki, İsanın hələ bir yaşı, yaş yarımı olanda onun bu
qeyri-adi istedadı üzə çıxıb. O vaxtlar rəqəmləri bir dəfə deməklə artıq İsanın
yaddaşına həkk olunurdu. Ən qısa müddətdə 100-ə qədər saymağı öyrənib. Anası
bildirir ki, İsa ağlayanda belə, adi misal deyən kimi sakitləşir, əlavə sözə
ehtiyac olmur. İsanın ən sevdiyi rəqəm isə 7-dir. “Balaca alim” qohumların
mobil telefonların nömrələrini də əzbər bilir. Bir az da əsəbi olan İsanın
başqa bir istedadı da var. O, rus, ingilis və ərəbcə saymağı da bacarır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3651