Prezident Adminstrasiyasının nümayəndəsini Saatlıda necə “yola verdilər”
PA rəsmisi
Dəyanət Abdullayevin səfəri və ssenariləşdirilmiş hesabat
Son illər Respublikanın rayonlar, kəndlər
səviyyəsində sakinlərlə görüşlər keçirilməklə elə görüntü yaradırlar ki,
Azərbaycanın bölgələri, kəndləri analoqu olmayan inkişaf edir. Abadlıq
işlərinin aparılmasını, yoxsulluq səviyyəsinin azadılması işsizliyin aradan
qaldırılması, təhsil, səhiyyə və s. Sahələrdə inkişafın olmasını insanlara
inandırmağa çalışırlar. Bəs əslində həqiqət necədir? Saatlı ayon Novruzlu kənd
sakini Həsənov Əlisa Əzizağa oğlunun cumhuriyyet.az-a ünvanladığı məktubda
gerçək mənzərə olduğu kimi əks olunur
Ə.Həsənov yazır: “Saatlı rayon Novruzlu
kəndi, 2010-cu ilin yaz ayalarında Kür-Araz çaylarının daşması “Sarı su”
gölünün bəndinin uçması nəticəsində su basmaya məruz qalıb. Su basar bölgədə
olan kənd sakinlərinə öz həyətlərində ev tikilsədə, Saatlı rayonun Yeni
Novruzlu kəndi ərazisində 178 ailə üçün, qəsəbə halında, bütün sosial obyektlər
olmaqla ev tikildi.
Bölgələrdə kənd icra nümayəndələri yanvar
ayında, ötən ildə gördükləri işlər barədə, rayon icra hakimiyyəti
nümayəndələrinin iştirakı ilə kənd sakinlərinə hesabat xarakterli məruzə
edirlər. Belə hesabatlardan biri də 22 yanvar 2014-cü il tarixdə Saatlı rayon
Novruzlu kəndində oldu. Novruzlu icra nümayəndəsi Oktay Zülfiqarov gördüyü
işlər barədə hesabat vermək əvəzinə, dövlət başcısının və rayon icra
hakimiyyəti başcısının gördüyü işlər barədə hesabat verdi. Verdiyi hesabatın məğzi
bu oldu ki, 2013-cü ildə ayrı-ayrı təşkilatlardan 30 məktub alınıb, bir o qədər
də məktub göndərilib. Gələn və göndərilən məktubların nədən ibarət olduğu,
hansı məsələləri əhatə etdiyini bildirmədi. Üstəlik 300 kənd sakininə arayış
verilməsini böyük qəhramanlıq kimi qeyd etdi. O, Zülfüqarov qəsəbədə olan 178
evə çəkilən təbii qaza görə elə öyünürdü ki, elə bil Qarabağı erməni
işğalçılarından azad edib. İcra nümayəndəsi konkret sözlərlə hesabatını
yekunlaşdırdıqdan sonra rayon icra hakimiyyətinin nümayəndəsi sakinlərə
bildirdi ki, Prezident Adminstrasiyasının nümayəndəsi Dəyanət Abdullayev
rayondadır, işlərinin çoxluğu ucbatından icra nümayəndəliyinin hesabatında
iştirak edə bilmədi. Maraqlıdır D.Abdullayevin rayonda gördüyü iş, icra
nümayəndəliyinin hesabatını və sakinlərin problemlərin dinləməkdən çoxdurmu?
İcra hakimiyyətinin nümayəndəsi kənddə son
illər görülən işləri qeyd edib, problemli olanların problemlərini qeyd
etmələrini və təklif verilməsini, sakinlərin nəzərinə çatdırdı. İcra
nümayəndəliyinin hesabatında iştirak edən 50-yə yaxın sakinlərin əziyyəti,
qabaqcadan hazırlanmış hesabat “ssenarisində” cavabsız qalan suallara cavab
axdardılar. Həmin suallara nə icra nümayəndəsi, nədə rayon icra hakimiyyətinin
nümayəndələri cavab verdilər. Belə ki, 2010 -cu ildə dövlət tərəfindən tikilən
evlərə ev avadanlığının verilib-verilməməsi , 2011-ci ildə dövlət başcısı
tərəfindən kənd yollarının çınqıllanması üçün ayrılan vəsaitin hara, necə
xərclənməsi, son illərdə 1200000 açılan iş yerlərindən neçəsi Novruzlu kəndinin
payına düşməsi, ərazisində neçə nəfər işçi olması, kəndə ayrılan vəsaitin hara
xərclənməsi, Tibb məntəqəsinə niyə tibb ləvazimatı verilməməsi, ünvanlı sosial
yardım almaq üçün neçə ailə müraciət edib və neçə ailə ünvanlı sosial yardım
alması Oğurluq hallarının artması və hansı səbəbdən tədbir görülməməsi, kənd
təsərrüfatı və maldarlığın inkişafının hansı səviyyədə olmasını qəsəbədə sosial
obyektlərdə istiliyin olmaması, gənclərin asudə vaxtının səmərəli keçirilməsi
üçün heç bir şəraitin olmaması, ərazidə olan problemlərlə bağlı hansı
problemləri qaldırıb və hara müraciət edilməsi , ailələr var ki, heç bir ailə
üzvi işlə təmin olunmamağı, Sabirabad rayon polis şöbəsinin əməkdaşları, qəsəbə
sakinlərini xəbərdarlıq emədən qəsəbədə qanunsuz əməliyyatlar aparılmasının
səbəblərinə cavab istəsələr də, suallarına cavab verən olmadı.
Kənd sakini Mirabad Rzayev problemlərinin
həll olunması üçün aidiyyatı qurumlara yazılı müraciət etdiyinə görə özünün və
ailə üzvlərinin həyatı təhlükədə
olduğunu qeyd etdi. Bu təhlükənin icra hakimiyyətində hazırlandığınıda
gizlətmədi. Hesabatda iştirak edən 50 nəfərdən, 8 nəfərinin icra
nümayəndəliyinin hesabatının qənaət bəxş hesab etməyi ərazidə olan
problemlərdən, narazılıqlardan xəbər vermirmi?”
Qarşı tərəfin də mövqeyini dərc eməyə
hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3653