Vilyam Hacıyevdən şəhidlərə sayğısızlıq
İcra başçısı 20 yanvar və Xocalı abidələrini
sökdürüb, Şəhidlər Xiyabanının ərazisi isə satışa çıxarılıb
Bir
neçə gün öncə 20 yanvar faciəsinin
ildönümü zamanı İmişlidə ilginc olay
yaşanıb. Yüzlərlə müxalifətçini və rayon sakinlərini şəhidlər Xiyabanında görən
başçı V.Hacıyev qəzəblənib. İstirahətdən
həmin gün qayıdan başçı matəm mitinqində qəzəblə bildirib ki, “bütün
faciələrimizin baiskarı AXC-Müsavat cütlüyüdür, Qarabağı yalnız İlham Əliyevazad
edə bilər”. Ölkənin problemlərinin
gerçək baiskarı hər kəsə bəllidir. Heç İmişli şəhərinin arxitektura görnüşünü, baş
planını məhv edən də müxalifət yox, şəxsən icra başçısının özüdür.
İmişlidə
M.Ə Sabir adına park artıq yoxdur, Heydər Əliyev adına parkı “VİLƏŞ-MMC-yə
otel, şadlıq sarayı, çayxanalar tikmək üçün “bağışlayıblar”.
Şəhər
ərazisində sabiq icra başçısı Xanhüseyin Bəylərov tərəfindən 20 yanvar
şəhidlərinə ucaldılan abidəni V.Hacıyev yerlə-yeksan etdirib. Məktəblilər bu il
də abidənin boş, dağıdılmış yerinə qərənfillər düzüblər. Uzun illər İmişlilərin
qan yaddaşından həmin abidənin dağılması silinməyəcək.Eləcə də 26 fevral
Xocalı-31 mart Soyqırım abidəsini keçmiş başçı Vidadi Quliyev arxitektorlara
ucaltdırmışdı. V.Hacıyev həmin abidəni də yerlə-yeksan etdirdi. İmişli Şəhidlər
Xiyabanı ərazisi isə satıblar.
Həmin
gün şəhid anası Cəvahir Sultanova üsyan edirdi, Qarabağ əlilləri isə ev
siyahısına görə “Azadlıq” radiosuna danışırdılar. ƏƏSMN naziri S.Müslümova ev
siyahısını açıqladığı üçün təşəkkür düşür. Elə adamların adları siyahıda var
ki,döyüş görməyib,adam xecalət cəkir. İcra hakimiyyətinin rəsmisi R.Zahidov isə
“Azadliq” radiosuna deyir ki,”texniki səfdir”. “Texniki səhvin” hər birinin
qiyməti var. S.Müslümovun açıqladığı siyahıda 35-ci Bədirov Rafiq Mütəllim oğlu
(Hacı Mütəllim su-kanal idarəsinin rəisidir).Zahidov Mənsur Rahim oğlu siyahıda
63-cüdür.
Məhbub
Zülfüqarlı
Short URL: http://www.cumhuriyyet.net/?p=3654