Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində rəzalət

26.01.2014 - 00:26

Dövlət qurumuna şikayətçi düşən vətəndaşı
dəlixanaya göndəriblər

 

Son zamanlar ağlı başında olan normal şəxslərin
dəlixanaya salınması sanki həyatın normalarına çevrilir. Bu narahatçılıq artıq sosial şəbəkələrdə
də ifadə olunur. Əldə etdiyimiz məlumata görə, Ailə, Qadın və Uşaq problemləri
Üzrə Komitəyə şikayət edən vətəndaşı dəlixanaya göndəriblər. Söhbət Nağıyeva
Qərənfil Şahin qızından gedir. Adı çəkilən vətəndaş müəyyən problemləri
səbəbindən Ailə, Qadın və Uşaq problemləri Üzrə Komitəsinə müraciət edib və
bəzi məsələlərlə bağlı yardım istəyib. Qərənfil Nağıyev təxminən iki ay
müddətində Ailə, Qadın və Uşaq problemləri Üzrə Komitəyə gedib-gəlib. O, ilk
öncə komitəyə ərizə ilə müraciət edib. Ərizəni poçt xidməti ilə deyil, elə
Hökumət Evinin birinci mərtəbəsində yazıb və komitəyə verib. Daha sonra bir
neçə dəfə komitəyə gedərək ərizəsinə cavab almaq istəyib. Ancaq komitədən
Qərənfil Nağıyevaya deyiblər ki, bir daha bura gəlmə və bizi narahat eləmə. O,
isə sadəcə olaraq bu dövlət orqanına etdiyi şikayətinə cavab almaq istədiyini
söyləyib.

Qərənfil Nağıyeva daha sonra da Ailə, Qadın və Uşaq
problemləri Üzrə Komitəyə gedib. Onu əvvəl komitədə qəbul ediblər, daha sonra bayıra çıxarıb
qapını bağlayıblar. Xanım isə səs-küy yaradaraq probleminin həll edilməsini
istəyib. Hətta bu zaman onunla komitə sədrinin müavini Aynur Sofiyeva arasında
mübahisə də düşüb. Onu da qeyd edək ki, Qərənfil Nağıyeva komitədən əsasən
uşağını baxçaya qoymağı, onun ipoteka alması üçün müvafiq köməklik
göstərilməsini istəyirmiş. Eləcə də həyat yoldaşının aldığı torpaqda ev
tikmək üçün sənədlərin düzəldilməsinə kömək istəyirmiş. Bildirirmiş ki, Bakıda
kirayədə qalır və yaşadığı evdə heç itdə yaşamaz. Hətta komitənin nümayəndələri
onun evinə də baxış keçiriblərmiş. Ancaq onun komitəyə davamlı gedib-gəlməsi,
şikayət və tələbləri bir müddətdən sonra bezici təsir bağışlayıb. İş o yerə
çatıb ki, komitə yetgililəri onun həyat yoldaşından Qərənfil Nağıyevin psixi
problemlərinin olub-olmaması, uşağını evdə döyüb-döyməməsini soruşub.

Yanvarın əvvəllərində Qərənfil Nağıyev
problemlərinin həlli ümidi ilə növbəti dəfə komitəyə üz tutub, Hökumət Evinin
bayırında qucağında uşaqla axşam saatlarına qədər gözləyib. Hətta hava soyuq olduğundan
əynindəki gödəkçəni çıxarıb uşağının üstünə örtüb. Bu zaman komitə sədrinin
müavini Aynur Sofiyeva işdən çıxıb evə gedərkən onunla növbəti dəfə görüşüb,
ona deyib ki, sabah səhər 09.00-da komitəyə gəlsin, onu qəbul edəcək. Hətta
Qərənfilə evə getməsi üçün 10 manat taksi pulu da verib. Yanvarın 10-da, səhər
saat 9.00-da Qərənfil Nağıyev komitəyə gəlib. Burada onu Aynur Sofiyeva qəbul
edib. Eyni zamanda onun həyat yoldaşı da komitəyə dəvət olunub. Həmçinin
Qərənfil Nağıyevin qaynanasına zəng edib onun haqqında soruşublar. Qaynana-gəlin
münasibətləri ürək açan olmadığından, o, gəlini haqda müsbət fikirlər
işlətməyib. Bundan sonra komitədən təcili tibbi yardıma zəng edilib, Aynur
Sofiyeva Qərənfilə deyib ki, narahat olma, qaynanası onun dəli olduğunu iddia
edir, müayinə üçün aparırlar, müayinədən sonra geri qaytaracaqlar. Bu zaman
onun həyat yoldaşının da razılığını alıblar. Həyat yoldaşı da, elə bilib ki,
xanımını müayinə üçün aparırlar və geri qaytaracaqlar. Ancaq şikayətçini təcili
tibbi yardım avtomobilinə qoyandan sonra birbaşa Maştagada yerləşən Ruhi-Əsəb
Xəstəlikləri Dispanserinə aparılıb. Az yaşlı övladını isə həyat yoldaşına
veriblər.

Qərənfil Nağıyev deyib ki, burada onunla çox kobud
rəftar ediblər, əl-qolunu bağlayaraq problemli xəstələrlə bir otağa salıblar. Sonradan ona iynə vurublar və
hansısa sənədə imza atdırıblar. Övladının dəlixanaya salındığını eşidən anası
gecə saatlarında Gəncədən Bakıya gəlib və birbaşa Maştağa qəsəbəsinə yollanıb.
Yolda ikən DİN-in qaynar xəttinə zəng edib. Səhər açılan kimi isə övladını dəlixanadan
çıxarıb. Ancaq xəstəxananın rəhbərliyi bildirib ki, Qərənfil Nağıyeva bir daha
məhkəmələrə və dövlət idarələrinə şikayətə getməməlidir. Əks halda onu buradan
ikinci dəfə çıxarmaq mümkün olmayacaq. Hətta anasına deyiblər ki, qızını
birbaşa Gəncəyə aparsın. Yanvarın 11-də dəlixanadan
çıxardılan Qərənfil Nağıyev həmin gün həyat yoldaşı ilə görüşərək övladını
ondan alıb. Həyat
yoldaşı isə onun dəlixanaya salınmasından xəbərsiz olduğunu söyləyib.

Ən maraqlısı odur ki, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi yanvarın 10-da bu haqda məlumat yayıb. Məlumatda bildirilir ki,
komitəyə gələn şikayətçi Qərənfil Nağıyeva özünü ikinci mərtəbədən atmağa cəhd
edib. Lakin binada olan şəxslərin və polis əməkdaşlarının səyi nəticəsində
cəhdin qarşısı alınıb. 39-cu Polis Bölməsinə gətirilən Q. Nağıyevanın izahatı
alındıqdan sonra o, sərbəst buraxılıb. Ailə, Qadın və Uçaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə faktı təsdiqləyib və bu
qadının psixoloji problemlərinin olduğunu bildirib: “Həmin qadına dəfələrlə
komitə tərəfindən müxtəlif yardımlar göstərilib. Buna baxmayaraq, o, hər dəfə
komitəyə gələrək aqressiv hərəkətlər edib. Qadının psixoloji problemlərinin
olması onun azyaşlı uşağına da mənfi təsir göstərir. Qadın özü bir neçə dəfə
bizim yanımızda 2 yaşlı övladını döydüyünü etiraf edib. Dünən də gələrək
ailəsində problemlərinin olduğunu və azyaşlı uşağı ilə birlikdə intihar
edəcəyini dedi. Biz də onun həyat yoldaşını komitəyə dəvət etdik. Həyat yoldaşı
da dedi ki, qadın uşaq dünyaya gətirəndən sonra onda belə psixoloji problemlər
yaranıb. Ərinin təkidli xahişi ilə biz həmin qadını məcburi müalicəyə
göndərdik, uşağı da atasının himayəsinə verdik”.

 

Ülviyyə

Short URL: http://www.cumhuriyyet.net/?p=3655

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930