Fazil Mustafanın İlham Əliyevdən kənar “humanizmi”

26.01.2014 - 02:05
Deputat dövlət başçısına müraciət etməyə ehtiyyatlanır?

 
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa
İsmayıllı hadisələrinə görə ittiham olunaraq həbsdə saxlanan Müsavat
Partiyası başqanının müavini, Qarabağ qazisi Tofiq Yaqublu barəsində
həbs qətimkan tədbirinin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Millət
vəkili apa-ya açıqlamasında Tofiq Yaqublunun ailə üzvlərinin,
müdafiəçisinin və sürücünün qəzaya uğraması xəbərindən sarsıldığını
bildirib: “Məncə, Azərbaycan iqtidarı məhz bu anda humanist addım
atmalı, məhkəmə Tofiq Yaqublu barədə həbs-qətimkan tədbiri
dəyişdirilməlidir ki, heç olmazsa, ağır əməliyyat keçirəcək xanımının
yanında olub mənəvi dəstək verə bilsin. Bunun üçün hansı müraciət
forması ilə işin çözülməsi mümkündürsə, tərəfimdən hər bir addımı atmağa
hazıram. Ağır durumda olan insanların faciəsinə bu qədər laqeyd
yanaşmaq səlahiyyət sahibi olan hər kəsin üzərinə mənəvi məsuliyyət
qoyur. İnsanların faciə yaşadığı anlarda mərhəmətli olmağı bacarmaq
lazımdır. Ümid edirəm ki, medianın da dəstəyi ilə bu məsələnin həllində
müsbət nəticə əldə olunacaq”.

Millət vəkili Fazil Mustafa
cumhuriyyet.info-ya açıqlamasında deyib ki, bu məsələdə dəstək verən
bir neçə millət vəkili tapmaq olar: “Sadəcə tətil zamanı olduğundan
kimsə ilə əlaqəm yoxdur. Əslində, sosial şəbəkədəki yazının özü də bir
müraciətdir, əgər anlayışla qarşılansa, tədbir görülə bilər. Hər halda
bütün təşəbbüs siyasi hakimiyyətin və məhkəmənin əlindədir”.
O
ki qaldı, məsələ ilə bağlı onun prezident İlham Əliyevə rəsmi müraciət
etməsinə, millət vəkili deyir ki, bu məsələ ilə əlaqədar prezidentə
müraciət hüquqi cəhətdən doğru deyil: “Yalnız məhkəməyə müraciət oluna
bilər. Bu da vəsatət olaraq müdafiə mətni kimi hazırlanıb məhkəməyə
təqdim edilməlidir. Eyni vaxtda, bir mətnlə də biz məhkəməyə müraciət
edə bilərik”.
“Azərbaycan
iqtidarı məhz bu anda humanist addım atmalı, məhkəmə Tofiq Yaqublu
barədə həbs-qətimkan tədbirini dəyişdirməlidir” – millət vəkilinin bu
fikrindəki “humanist addım”ı yalnız ölkə başçısı ata bilər. Çünki
məhkəmə orqanı hüquqi instansiya olduğundan yalnız qanun çərçivəsində
qərar çıxara bilər. Bizdə isə məhkəmələrin qanun deyil, göstəriş
çərçivəsində qərar çıxarması cəmiyyətin normal hal kimi qəbul etdiyi
reallığa çevrilib. Odur ki, Fazil Mustafa bir cümləsində bu iki
institutun adını sıralama ilə çəkərək deyib ki, prezident humanist addım
atıb məhkəməyə göstəriş versin ki, Tofiq Yaqublunun üzərindən həbs
qətiimkan tədbiri götürülsün.  Sadəcə
anlaşılmayan budur ki, millət vəkili niyə birbaşa prezidentə belə
humanist addım atması üçün müraciət etmək istəmir? Yoxsa bu elə özünün
humanist görünməsi üçün deputatın PR gedişidir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3660

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031