İranın dəhşət doğuran statistikası
Qadınların 10 faizi narkotik istifadəçisidir
İranda şəhərlərdə yaşayan qadınların 10 faizi narkotik istifadəçisidir. Bunu İranın Narkotiklərlə Mübarizə Təşkilatının baş katibinin qadın məsələləri üzrə müşaviri xanım Zəhra Bonyanian deyib. Z.Bonyanian bildirib ki, narkotik istifadəçisi olan qadınların böyük
əksəriyyəti 20-36 yaş arasındadır. Onlar daha çox tiryək və metamfetamin
(bu növ narkotik maddə İranda “şişə” adı ilə tanınır) adlı narkotik
vasitələrdən istifadə edirlər. O bildirib ki, hazırda 7377 qadın məhbus həyatı yaşayır ki, onların 60
faizi narkotik maddələrin istifadəsi və daşınmasında ittiham olunaraq
həbs ediliblər: “Məhbus qadınların 12 faizi oğurluq, 10 faizi isə
əxlaqsız hərəkətlərə görə həbs olunublar”.
Z.Bonyanian deyib ki, narkoman qadınların 50 faizdən çoxu 15-19
yaşlarında, yəni məktəbli olduqları zaman narkotik aludəçisi olduqlarını
bildiriblər. Qeyd edək ki, hazırda İranda bir milyon 325 min narkotik istifadəçisi
var və əlavə 700 min nəfər narkotik aludəçisi olmadan uyuşdurucudan
istifadə edir. Narkotik maddə, əsasən, İranın şərq sərhədlərindən, daha çox Bəluçistan əyalətindən ölkəyə gətirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3662