Daşaltı əməliyyatından 22 il ötür
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 22 il ötür.
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 22 il ötür.
Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ
müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə
yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı
əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın
26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran
rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi
məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor
Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib. Əməliyyatda yeni yaranmış
Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin
müdafiə taborunun döyüşçüləri iştirak ediblər. Taktiki səhvlər, qruplar
arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və
bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına
daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə
məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək
geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında
Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla
əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə
texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3664