Prokurorluq Mahmud Mehdiyev məsələsində niyə susur?

26.01.2014 - 11:05

“Əgər prokurorluqda vəzifəsindən azad edilən şəxs yenidən vəzifəyə təyin olunursa, deməli, burada sifariş icra olunur”

 

Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri, keçmiş millət
vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev
barəsində redaksiyamıza daxil olan maraqlı məlumat barədə ötən sayımızda
material dərc etmişdik. Məlumata görə, M.Mehdiyev baş prokuror Zakir
Qaralovun 22 yanvar əmrilə Xətai rayon prokurorluğuna müstəntiq
vəzifəsinə təyin edilib.

Məlumatın ilginc tərəfi isə ondan ibarətdir ki, M.Mehdiyev 2010-cu
ildə elə baş prokuror Qaralovun öz əmri ilə prokurorluq orqanlarından
xaric edilib. Səbəb kimi isə M.Mehdiyevin prokurorluq işçisinə
yaraşmayan hərəkətə yol verdiyini göstərib. Baş prokurorun bu əmri
barədə “Azadlıq” qəzeti hələ ötən ilin oktyabrında məlumat yaymışdı.
Z.Qaralovun “Intizam məsuliyyətinə cəlb etmə barədə” 18 iyun 2010-cu il
tarixli əmrində deyilir:

1.Hərbi xidmətdən yayınmağa yönəlmiş və prokurorluq işçisinə
yaraşmayan hərəkətlərə yol verdiyinə görə Ağdaş rayon prokurorluğunun
böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Mahmud Lətif oğlu Mehdiyev
prokurorluq orqanlarından xaric olunsun.

2.Əmr elan edilməsi üçün bütün struktur qurumlara və tabe prokurorluqlara göndərilsin.

M.Mehdiyevin yeni təyinatı ilə bağlı Baş Prokurorluqdan növbəti dəfə
münasibət öyrənməyə çalışdıq. Amma iki gün ərzində mətbuat xidmətinin
rəhbəri Eldar Sultanova etdiyimiz zənglər bir nəticə vermədi.

Məsələ ilə bağlı Xətai Rayon Prokurorluğu ilə əlaqə saxladıq.
Prokurorluğun 496-75-91 saylı əlaqə nömrəsinə etdiyimiz zəngə cavab
verən növbətçi polis əməkdaşı iş günü olmadığından prokurorluqda
suallarımıza cavab verə biləcək səlahiyyətli şəxsin olmadığını söylədi.

Məsələ ilə bağlı ekspert qismində hüquqşünas Müzəffər Baxışovun
fikirlərini öyrəndik. M.Baxışov bildirdi ki, əgər M.Mehdiyev həqiəqtən
də prokurorluq orqanına yenidən işinə bərpa olunubsa, o zaman onun
Z.Qaralov barəsində dedikləri həqiqəti əks etdirir: “Belə çıxır ki,
2010-cu ildə Zakir Qaralov Mahmud Mehdiyevin işdən azad edilməsiylə
bağlı sifariş alıb və onu yerinə yetirib. Indi də başqa bir sifarişlə
həmin şəxsi prokurorluq orqanına bərpa edir. Bu artıq Zakir Qaralovun
hüquq anlayışının olmamasından xəbər verir. Bu şəxs sadəcə olaraq bir
fiqurdur. Prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verdiyinə görə
işdən azad edilən şəxs yenidən vəzifəsinə təyin olunursa, deməli, burada
sifarişin icrası var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3666

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930