Yanukoviç müxalifət liderinə baş nazir vəzifəsini təklif edib
Ukrayna prezidenti Batkivşina partiyasının lideri
Arseni Yatsenyuka baş nazir vəzifəsini təklif edib
Ukrayna prezidenti Batkivşina partiyasının lideri
Arseni Yatsenyuka baş nazir vəzifəsini təklif edib
Bəyanata əsasən müxalifət lideri hökumətə başçılıq etməyə razılaşarsa Yanukoviç Nazirlər Kabinetini istefaya göndərə bilər.
Bununla yanaşı UDAR partiyasının lideri Vitali Kliçkoya humanitar məsələlər üzrə baş nazirin müavini vəzifəsi təklif olunub.
Yanukoviç müxalifət liderlərilə görüşdə Vitali Kliçkonu ictimai debatlara çıxmağa çağırıb.
“Prezident əmindir ki, müxalifətlə birgə iş
birləşərək ictimaiyyət və dövlətə tələb olunan islahatları həyata
keçirməyə kömək edəcək”, – ədliyyə nazirinin bəyanatında deyilir.
3 saatdan artıq davam edən görüşdə müxalifəti Vitali Kliçko, Arseniy Yatsenyuk və Oleq Tyaqnibok təmsil edib.
Görüşdən əvvəl daxili işlər naziri Vitali
Zaxarçenko qarşıdurmanı dinc yolla həll etmək üçün müxalifətlə
danışıqlara ümid bəsləməyin mənasız olduğunu deyib.
Ötən ildən bəri davam edən etirazlarda 4 fəal və bir polis əməkdaşının öldüyü xəbər verilir.
Cümə günü axşamdan parlament yaxınlığındakı
Qruşevski küçəsində barrikadalar arxasından polisə daş və fişək atılıb.
Gecə ərzində davam edən mübadilədə polis səs və işıq qumbaralarından
istifadə edib.
Həftə ərzində etirazçılar qərb və mərkəz rayonlarında inzibati binaları zəbt ediblər. Bu hadisə ilə bağlı cinayət işi açılıb.
Etirazlar noyabr ayında prezident Viktor
Yanukoviçin Avropa İittifaqı ilə Assosiasiya Sazişini imzalamaqdan
imtinası ardınca başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3670