Şimali Koreya diktatoru dayısınnın ailəsinə qarşı açdığı savaş

26.01.2014 - 11:19

Şimali Koreya diktatoru dayısının bütün ailəsi edam etdirib

Şimali Koreya diktatoru dayısının bütün ailəsi edam etdirib
 
Şimali Koreyada ölkə rəhbərinin bir müddət əvvəl edam olunmuş
dayısı Çan Son Txekin bütün ailəsi Kim Çen Inın əmri ilə edam olunub.
Kütləvi edama azyaşlı uşaqlar da daxil olmaqla Çan Son Txekin bütün ailə üzvləri məruz qalıb.  
Çan Son Txekin böyük bacısı Çan Qe Sun və onun əri –
KXDR-in Kubadakı səfiri Çon En Çjin, Çan Son Txekin bacısı oğlu – Şimali
Koreyanın Malayziyadakı səfiri Çan En Çxol və onun 20 yaşda olan
övladları Te ren və Te Un hələ ötən ilin dekabrında Pxenyana çağırılaraq
edam olunublar.    
Qeyd edək ki,  Çan Son Txekin
iki qardaşı daha əvvəl xəstəlikdən vəfat ediblər, buna görə  kütləvi
repressiyaya onun bacılarının ailələri (azyaşlı nəvələri də daxil
olmaqla) məruz qalıb.
Çan Son
Txekin müqavimət göstərməyə cəhd edən ailə üzvləri yaşadıqları evlərinin
qarşısında, qonşuların gözü qabağında güllələnərək edam olunublar.  
Qeyd
edək ki, Şimali Koreya rəhbərinin dayısının qan qohumları olmayan
qadınlara ölüm cəzası şamil edilməyib.  Belə ki, Çan Son Txekin bacısı
oğlu Çan En Çxolun həyat yoldaşı ailəsi ilə birlikdə ölkənin şimalına
sürgün olunub.
Xatırladaq ki, Şimali Koreyada
uzun müddət ikinci adam hesab edilən Çan Son Txek ötən ilin dekabrında
dövlət çevrilişinə cəhddə günahlandırılaraq edam edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=3671

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930