Qazax məmurlarının mənzil maxinasiyası
Qəzalı evlərdə
yaşayan vətəndaşlar üçün tikilən mənzillər icra hakimiyyətinin işçiləri tərəfindən mənimsənilib
Qəzalı evlərdə
yaşayan vətəndaşlar üçün tikilən mənzillər icra hakimiyyətinin işçiləri tərəfindən mənimsənilib
2 il bundan öncə Qazax şəhəri Ə. Şıxlınski küçəsində evləri qəzalı vəziyyətdə
olan vətəndaşlar üçün 24 mənzilli, 4 mərtəbəli bina tikildi. Amma bu mənzillərə
haqqı çatan insanların sevinci uzun sürmədi, həmin mənzillərin ən azından 10-u
dəbdəbəli şəraitlərdə yaşayan Qazax Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən mənimsənildi.
Rayon sakinlərinin “Yeni Cumhuriyyət”ə
verdiyi məlumata görə, onlardan əksəriyyəti mənzilləri postsovet dönəmində
olduğu kimi başqa adamların adlarına almışlar. Yalnız icra hakimiyyətinin aqrar
məsələlər üzrə şöbə müdiri Aqil Qurbanov və icra başçısının sürücüsü Ədalət
İsmayılov mənzilləri öz adlarına rəsmiləşdirib. Mənbəmiz bildirir ki, “Ağ ev”də referent işləyən Elxan Paşayev, baş mühasib
Qurban Babayev və hələlik adları məlum olmayan daha 2 nəfər adi Qazax vətəndaşlarının
adlarına alıblar. Qazax rayon hərbi polis şöbəsində işləyən Samir Qocayev də həmin
dəstənin içərisindədir. Hətta, mənzillərin icra hakimiyyətinin işçilərinə ucuz
başa gəlmədiyi haqqında da fikirlər var.
Qazaxda qəzalı vəziyyətdə olan evlərə gəldikdə
isə bunların sayı 100-ə yaxındır. Təəssüf ki, bina onlar üçün tikilsə də 7 ailənin qismətinə bu “pay”dan düşüb. Son zamanlar məmurları
qınağa çəkən ölkə başçısı ötən il görüşlərinin birində hər şeydən xəbərdar olduğunu
bildirmişdir. Yəqin ki, Qazaxdakı bu biabırçılıqdan da xəbərsiz olmaz.
Samir
Short URL: http://www.cumhuriyyet.net/?p=3672