Yanukoviç: Hökumətin yeni tərkibi formalaşdırılacaq
görüşündə ölkədə zorakılığı dayandırmaq üçün əlindən gələni edəcəyini
deyib. O qeyd edib ki, əgər yaxşılıqla alınmasa, bütün qanuni metodlar
tətbiq olunacaq. O, Ali Radanın yanvarın 28-də keçiriləcək növbədənkənar
iclasında hökumətin tərkibinin dəyişəcəyini açıqlayıb: “Bu sessiyada
qərar qəbul edəcəyik. Prezident fərman imzalayacaq və biz peşəkar tərkib
formalaşdırmaq üçün hökuməti yenidən format edəcəyik”.
V.Yanukoviç
müxalifətin kəskin etirazlarına və ölkədə qarşıdurmaya səbəb olan 16
yanvar qanunlarına dəyişiklik ediləcəyini də söyləyib: “Ekspertlərimiz
bu məsələlərlə məşğuldur və müxalifətlə birlikdə kompromis qərarlar
hazırlayacağıq. Biz dəyişikliklərə səs verib, bu problemi ortadan
qaldıracağıq”.
Müxalifət özünümüdafiə dəstələri yaratmağa çağırdı
Ukrayna
müxalifətinin liderləri “Svoboda” Partiyasının lideri Oleq Tyaqnibok
ölkə vətəndaşlarını bütün yaşayış məntəqələrində özünümüdafiə dəstələri
yaradaraq, yerli hakimiyyəti ələ keçirməyə çağırıb. Digər müxalifət
liderləri Vitali Kliçko və Arseniy Üatsenyuk qərarı dəstəkləyiblər.
Kiyevin
mərkəzində, Qruşevski küçəsində toqquşmalar davam edib. “Berkut”
xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları radikal müxalifətçilər
tərəfə bir neçə işıq-səs qumbarası atıblar. Etirazçılar cavab olaraq
hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, yandırıcı maddələrlə
doldurulmuş şüşələri atıblar.
Müstəqillik
meydanında xidməti vəzifələrini icra edən üç milis əməkdaşı “meydan
keşikçiləri”-nin silahlı hücumuna məruz qalıblar. Onlardan birinə
bıçaqla xəsarət yetirilib. Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi
məlumata görə, xəsarət alan milis işçisi azad edilərək xəstəxanaya
yerləşdirilib.
Stavropol
diyarında isə qətlə yetirilmiş iki polis əməkdaşının meyiti aşkar
edilib. Qatar maşinisti dispetçerə körpünün altındakı şübhəli avtomobil
haqqında məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının
əməkdaşları avtomobildə polis işçisinin meyitini aşkarlayıblar. İkinci
meyit yaxınlıqda tapılıb.
Etirazçılar inzibati binaları tutmaqda davam edir
Ukraynada
etirazçılar Xmelnitsk vilayətinin İcra Hakimiyyətinin binasını ələ
keçiriblər. Onlar binaya girişi bağlayaraq məmurların binadan çıxmaları
üçün canlı sədd qurublar. İvano-Frankovsk və Çernovtsı şəhərlərinin İH
binaları da etirazçılar tərəfindən tutulub.
Qeyd
edək ki, əvvəlki günlərdə ələ keçirilən inzibati binalar sırasında Lvov
və Ternopol vilayətlərinin adminstrasiya binaları da vardı.
Short URL: http://www.cumhuriyyet.net/?p=3682