Ölkədə 100 milyonluq qaçaqmalçılıq əməliyyatı
Azərbaycanda
qeyri-qanuni yollarla pul köçürmələri problemi uzun illərdir davam edir.
Qeyri-rəsmi məlumatlara görə, qeyri-bank yolu ilə xaricə pul
köçürmələrinin illik dövriyyəsi bir neçə milyard dollar təşkil edir.
Bakıda bu işlə məşğul olanların isə əsasən varlı və hakimiyyətdə təmsil
olunan şəxslərə bağlı olduğu iddiaları var. Qaçaqmalçılıq və
qeyri-qanuni pul köçürmələri ilə məşğul olan şəxslərdən biri də
Zəngilanlı Ramin adlı şəxsdir. Əməkdaşımız bir-neçə gün əvvəl 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqəsinin
qarşısında biabırçı vəziyyətlə üzləşib və oradaca məsələni araşdırıb.
Belə ki, Zəngilanlı Raminin olan həmin Valyutadəyişmə Məntəqəsi
qarşısında toplaşan adamlar isə məhz xaricə pul köçürmək istəyənlərdir.
“Söhbətdən o da bəlli olurdu ki, Ramin qanunsuz pul “perevod”undan
başqa, həm də son vaxtlar Dubay- Azərbaycan- Rusiya marşurutu üzrə mobil
telefonların qaçaqmalçılıq yoluyla satışı ilə məşğul olur. Yəni
Dubaydan Azərbaycana qanunsuz yolla mobil telefonlar gətirir, buradan
isə Rusiyaya ötürür”.
Qafqaznews.az Raminin qanunsuz biznesdə onunla şərik olan şəxslərin də
kimliyini araşdırır və yaxın günlərdə bununla bağlı məlumat veriləcək.
Eyni zamanda, qaçaqmalçılıqla məşğu olan bu şəxsin hüquq mühafizə
orqanları tərəfindən həbs edilməməsinə də təəccüb edən sayt hətta
konkret fotolar da yayımlayıb. “Ramin özü demişkən, kim deyir ki,
haqq-ədalət yoxdur, haqqını ver ədalətini al. Görünür bu məsəli Ramin
uzun illərdi işlədir və Azərbaycanda hər dəfə özünə yeni şəriklər
taparaq haqqını verib ədalətini alır. Ancaq ən maraqlısı odur ki,
görəsən hüquq-mühafizə orqanlarımız, digər müvafiq dövlət qurumları bunu
görmür? Axı, bunu görmək üçün çox uzağa getmək lazım deyil. 28 may
küçəsində açıq-aşkar alver gedir, qanunsuz milyonlar müxtəlif ünvanlara
köçürülür. Konkret olaraq Raminin Xətai rayonu, Ə.Axundov küçəsi 2
ünvanında yerləşən qanunsuz pul “perevod”u ilə məşğul olduğu ofisinin
şəkilini də təqdim edirik. Bir media qurumu olaraq bundan artıq nə
etməliyik?”
Sayt sonda onu da iddia edib ki, Raminin qanunsuz yollarla köçürdüyü
pullardan əldə etdiyi gəlir 100 milyon dollardır. Və bildirir ki, bu
pullar günün birində Azərbaycan dövlətinə qarşı çevrilə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3683