Bakı Baş Baytarlıq İdarəsində şok qanunsuzluq

26.01.2014 - 16:40

Son dövrlər Bakı Şəhər Baş Baytarlıq İdarəsində baş verən
korrupsiya və qanunsuzluqlarla bağlı çoxlu məlumatlar yayılır.  Bu
məlumatların bir çoxu sənədlərlə öz təsdiqini tapır. Bu gün isə
Gunxeber.com-a bu idarədəki qanunsuzluqla bağlı şok sənəd daxil olub.
 Söhbət ondan gedir ki, bir il əvvəl bu idarənin işçisi Rzayeva Rəna
Əziz qızı diplomu saxta olduğuna görə işdən çıxırılıb.
R.Rzayevanı
bu idarənin sabiq rəisi Şahmar Abdullayev işdən çıxarıb. Onun
Azərbaycan Müəllimlər İnstitundan aldığı diplomun saxta olduğunu Təhsil
Nazirliyinin Aparat Rəhbəri İlham Pirməmmədov 07.05.2013-cü il tarixində
Bakı Baş Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayevə yazdığı
məktubunda təsdiqləyib. İ.Pirməmmədov yazıb ki, həmin diplomun əsli
araşdırılmaq üçün Təhsil Nazirliyinə təqdim olunmalıdı. Əks təqdirdə bu
barədə müəyyən tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş
Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi məlumat
veriləcək.
Məsələnin ən sensasion tərəfi ondan
ibarətdi ki, Azərbaycan Müəllimlər İnstitutu tərəfindən təqdim olunan
diplom saxta olduğuna görə bir il əvvəl işdən çıxarılan R.Rzayeva Şahmar
Abdullayevin yerinə rəis təyin olunan Aslan Aslanov tərəfindən yenidən
Bakı Şəhər Baş Baytarlıq  İdarəsinə işə qaytarılacaq. Qeyd edək ki,
R.Rzayeva Bakı Şəhər Baş Baytarlıq İdarəsində Kadrlar üzre böyük
müfəttiş və həmçinin bu idarənin Həmkarlar İttifaqının sədri işləyib.
O da maraqlıdı ki, Təhsil Nazirliyi niyə bu faktla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etməyib.
İ.Pirməmmədovun R.Rzayevanın diplomunun saxta olması barədə yazdığı məktubun surətini təqdim edirik.
sened (1)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3684

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930