Hitlerlə bağlı şok iddia

26.01.2014 - 17:12

Həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin
birində intihar etdiyini bildiyimiz dünyanın 1 nömrəli nasisti Adolf
Hitlerin həyatı ilə bağlı yeni iddia meydana çıxıb. İddiada Hitlerin 95 yaşına
qədər Braziliyada yaşadığı bildirilir. Simoni Renee Guerreiro Dias adlı
brazilyalı yazıçı “Hitlerin Brazilyada yaşamı və Ölümü” adlı yeni
kitabında, nasist liderinin 1984-cü ildə, 95 yaşında olarakən Brazilyada
vəfat etdiyini qeyd edib.
Yazıçı Hitlerin yaşadığını təsdiq
edən şəkili də kitabında paylaşıb. Kitabda Hitlerin irqçi bir qadınla
həyat sürməsinə də geniş yer ayırılıb. Həmçinin orada Hitlerin
müttəfiqlərinə xəzinə xəritəsini təqdim etdiyi barədə də məlumatlar da
qələmə alınıb.
Xatırladaq ki, Adolf Hitler 1889-cu il aprelin
20-də Avstriyanın Braunau şəhərində anadan olub. Adolf 13 yaşında
atasını, 18 yaşında isə anasını itirib. 1918-ci ilin sonunda Hitler
Münhenə gedib və ordu sıralarına yazılıb. Kapitan Ernst Remin tövsiyəsi
ilə “Alman Fəhlə Partiyası”na qoşulan Hitler tezliklə partiyanın
yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrilib. Onun
təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək “Alman Nasional
Sosialist Fəhlə Partiyası” (Nationalsozialistische Deutsche
Arbeiterpartei, NSDAP) adlandırılıb.
Partiyadakı tərəfdarları
alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə “Fürer” (rəhbər)
ləqəbi veriblər. 1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin
qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10
ay sonra azadlığa buraxılıb. Həbsdə olduğu müddətdə özünün məşhur “Mənim
mübarizəm” (Mein Kampf) adlı kitabının birinci hissəsini yazıb.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3687

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930