Cəbhədə müharibə şəraiti

26.01.2014 - 17:16

Ermənistan müharibəyə qərarlıdır

Ermənistan müharibəyə qərarlıdır
 
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, atəşkəs rejimi cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 150 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun
Paravakar, Berkaber kəndləri və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun
Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində
yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində,
Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən
mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı
Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı,
Cəvahirli, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba,
Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3688

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930