“Coca Cola” şirkətinin məxfi məlumatları oğurlandı

26.01.2014 - 17:18

“Coca Cola” şirkətinin içində 74 min əməkdaşının və şirkətə aid gizli məlumatların olduğu noutbuk oğurlanıb.

“Coca Cola” şirkətinin içində 74 min əməkdaşının və şirkətə aid gizli məlumatların olduğu noutbuk oğurlanıb.

 

 

 ABŞ-ın nəhəng içki şirkəti “Coca-Cola” sirli bir oğurluq hadisəsi ilə
sarsıldı.
Muhtar Kentin rəhbərlik etdiyi şirkətin
cümə günü əməkdaşlarına göndərdiyi məlumatda Atlandadakı mərkəzlərindən
bir neçə noutbuk kompüterinin oğurlandığı bildirilib. Şirkət artıq
oğurluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Şirkət
bu kompüterlərdə işçilərinin adlarının, ünvanlarının və İctimai
Təhlükəsizlik nömrələrinin yanında maaş və digər məlumatlarının da
olduğunu qeyd edib.

Noutboklarda şirkətə aid gizli dosyelərin olub – olmadığı maraq dairəsindədir.

“Coca-Cola” şirkətinin sözçüsü Ann Mode kompüterlərin keçmiş bir işçi tərəfindən oğurlandığını söylədi. 

Şirkət oğurlanan şəxsi məlumatların istifadə edildiyinə dair
bir işarə olmadığını bildirdi və yenə də ABŞ və Kanadadakı əməkdaşlarına
təsir edən hadisə ilə əlaqədar üzr istədi. 

Xatırladaq ki, “Coca-Cola”da ən son 2006-cı ildə bir idarəçi
assistent, gizli sənədlər və yeni bir içki nümunəsini oğurlayaraq rəqibi
Pepsi-yə satmağa çalışmışdı.

Pepsi şirkəti bu təklifi Coca-Colaya xəbər verdikdən sonra bu
üç adam Federal İstintaq Bürosu tərəfindən gizli bir əməliyyatla
tutularaq həbs olunmuşdu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3689

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930