Rabitə nazirliyinin internet fırıldağı

26.01.2014 - 17:53

Vətəndaşlar ödədiyi pula müqabil internet
sürəti ilə təmin olunmur

 

Vətəndaşlar ödədiyi pula müqabil internet
sürəti ilə təmin olunmur

 

Müasir
həyatımızın ayrılmaz bir hissəsi olan internetə təlabat hər ötən gün daha da
artır. Azərbaycanda bu prosesdən kənarda deyil. Amma internet istifadəçilərinin
ən çox şikayətləndiyi bir məqam Azərbaycanda fəaliyyət göstərən provayderlərin
istifadəçilərə keyfiyyətli xidmət göstərə bilməməlridir. Azərbaycan İnternet
Forumunun prezidenti Osman Qunduz də Azərbaycanda internetin keyfiyyəti ilə
bağlı ciddi problemlərin olduğunu düşünür: “Vətəndaşlar bəlli bir sürətdə
internet almaq üçün provayderlə müqavilə bağlayır və həmin surətin pulunu ödəyir.
Amma evdə, ofisdə həmin internetin sürətini müəyyən edən proqramlara qoşulmaqla
aldanıldığını görür. Müqavilədə göstərilən surətlə onun aldığı surət arasında kəskin
fərq var. Aldığı sürət müqavilədə göstəriləndən çox azdır”.

O.Qunduzun
sözlərinə görə, bu həmin provayderlərin məsuliyyətsizliyinin göstəricisidir. “Hətta
bəziləri kobud desək, abonentlərdən oğurluq edərək internet istifadəçilərini çəkidə
aldatmaqla məşğuldur. Yəni müqavilədə nəzərdə tutulan surəti istifadəçiyə
vermir. Bu ilk növbədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin
İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibində fəaliyyət göstərən
“İstehlakçıların hüquqlarının qorunması” ilə bağlı olan qurumdan birbaşa
asılıdır. İzlənilən problem internet provayderlərinə bu iki təşkilat tərəfindən
zəif nəzarət edilməsinin nəticəsidir. Bu uzun müddətdir ki davam edir və
provayderlərin əksəriyyətində belə bir problem var. Bunun qarşısının alınması
üçün istifadəçi ona verilən sürəti aktlaşdırmalıdır. İnternetdə aktlaşdırmanı həyata
keçirmək üçün ayrıca proqram var. Burada
surətin nə qədər olması dəqiq ölçülür. Həmin əməliyyatları apararaq, çap edərək
həmin provayderi məhkəməyə verə bilər. Bu istifadəçilərin hüququdur. Düşünürəm
ki, aldanıldığını bilən hər bir kəs bunu edə bilər”.

İnternet
oğurluğunun ciddi bir fakt olduğunu deyən O.Qunduzun fikrincə, aidiyyatı
qurumlar bununla bağlı tədbir görməlidirlər: “Vətəndaşa müqavilədə əks
olunanandan az internet sürətin təqdim olunmasının müəyyən obyektiv səbəbləri də
ola bilər. Amma bu problemin 10 faizini əhatə edir. Əgər vətəndaşın evinə və ya
ofisinə gələn telefon xətti köhnədirsə, xətt suyun içərsindən keçirsə
provayderlərin göndərdiyi internet yolda itə bilər. Amma bu hamıya aid dola
bilməz. Çünki hazırda çox adam intenet xidmətlərindən kabel televiziyası, mobil
telefonlar vasitəsilə istifadə edir. Burada günah qalır Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin üzərində Çünki bu telefon xətti nazirliyə məxsusdur.
Bu infrastruktur yaxşılaşdırılmalıdır ki, internet istifadəçiyə normal sürətdə
gedib çıxsın”.

Azərbaycanda
bütün provayderlərin interneti bir nöqtədən
“Delta Telekom”dan aldığını deən O.Qunduz vurğuladı ki, provayderin aldığı
internet onun istifadəçilərinin sayına mütanasib olmalıdır: “Amma Azərbaycandakı
provayderlərin əksəriyyəti aldıqları interneti liimitdən çox adama satırlar. Məsələn,
yüz meqabit internet əgər yüz istifadəçi arasında bölünməlidirsə, provayderlər
onu min istifadəçi arasında bölürlər. “Delta Telekom” öz saytında provayderlərə
verdiyi internetin sürətini göstərir. AmmaRabitə və İnformasiya Texnologiyaları Nazirliyi bizə provayderlərin
sayını, müştərilərə təqdim etdikləri internetin sürəti barədə məlumatı bizə
vermir ki, müqayisə aparaq. Biz
provayderin nə qədər internet aldığını bilsək də,onu neçə adama satdığını
bilmirik”.

Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Müşviq
Əmirov bildirdi ki, nazirlik internet satışı ilə məşğul olmur. Bunu provayderlər
həyata keçirir. İnternet xidmətləri ilə bağlı problemləri də məhz provayderlərlə
həll etməyə çalışmaq lazımdır: “Biz vaxtaşırı olaraq vətəndaşların bu cür
problemlərlə müraciətinin şahidi oluruq. Həmin müraciətlərə baxır və onları
araşdırırıq. Bəzən texniki nasazlıq üzündən internet xidmətlərinin təqdimatı
istiqamətində problem yaşanır. Amma bu hal daimi ola bilməz”.

 

“İqtisadiyyat
şöbəsi”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3691

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031