Kiyev: Ukrayna evində müxalifətin mətbuat mərkəzi yerləşəcək
Kiyevin mərkəzində
etirazçılarla polis arasında qarşıdurma davam edir.
Kiyevin mərkəzində
etirazçılarla polis arasında qarşıdurma davam edir.
Bu arada Ukrayna müxalifəti
liderlərinin prezident Viktor Yanukoviçin ötən gün etirazçılar düşərgəsinə
etdiyi hökümətdə mühüm vəzifələr tutmaq barədə təklifini nəzərdən keçirdikləri
barədə xəbər verilir.
Beləki, Ukrayna prezidenti müxalifətçi
Batkivşina partiyasının lideri Arseni Yatsenyuka Baş nazir vəzifəsini, UDAR
partiyasının lideri Vitali Kliçkoya isə Baş nazirin humanitar məsələlər üzrə
müavini vəzifəsini təklif edib.
Batkivşina partiyasının lideri Arseniy Yatsenyuk əvvəlçə
sosial şəbəkələrdə Yanukoviçin təklifini qəbul etmədiyini bildirsə də, onun
sonrakı bəyanatları məsələyə hələ son nöqtənin qoyulmadığı təssəvvürünü
yaradır.
Yatsenyukun və digər müxalifətçilərin söylədikləri Ukrayna
müxalifətinin rəsmi Kiyevlə dialoqunun davam edə biləcəyi ehtimalından xəbər
verir.
Bu arada Kiyevin mərkəzində qarşıdurma davam etməkdədir.
Ötən gecə etirazçılar Kiyevin mərkəzində, Avropa meydanında
yerləşən Beynəlxalq sərgi mərkəzi binasını ələ keçiriblər. Həmin bina şəhər
sakinləri arasında “Ukrayna evi” adı ilə tanınır.
Bundan əvvəl binanı 200-dək Ukrayna DİN Daxili Qoşunlarının
200 hərbiçisi tərk edib.
Etirazçılar elan edib ki, Ukrayna evində “Avromaydanın”
mətbuat mərkəzi yerləşəcək.
Ukrayna müxalifəti liderlərindən Vitali Kliçko isə bildirib
ki, qarətçilik hallarının qarşısını almaq üçün etirazçılardan ibarət mühafizə
dəstələri formalaşdırılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3696